“Bu, artıq Rusiyanın təslim olmasıdır”

09, 05, 22
14:00

“Bu, artıq Rusiyanın təslim olmasıdır”


Ukrayna Silahlı Qüvvələrinin uğurlu fəaliyyəti nəticəsində rus ordusunun Xarkov vilayətində 3 körpünü partlatması Putin ordusunun müəyyən qədər təslim olmasından xəbər verir.

"Azərbaycan Reallığı" xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Piontkovski deyib.

"Onlar Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatına hazırlaşarkən körpüləri partladırlar. Onlar artıq bunu (Ukrayna Silahlı Qüvvələrinin hücumunu – red.) hesablayıblar. Bu, onların bir növ təslim olmasıdır”, - politoloq vurğulayıb.

O qeyd edib ki, bu, Ukrayna ordusunun əks-hücumunu çətinləşdirmək üçün edilir: "Fikrimcə, bu, Putinin mayın 9-dan əvvəl düşünə biləcəyi ən yaxşı şeydir”.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri ponton körpüləri düzəltməli olacaqlar: "Bu, Donetsk və Luqanskın ələ keçirilməsini təxminən 2 həftə ləngidəcək, lakin əsas ssenarini dəyişməyəcək”

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə saxlayın