Ukraynada döyüşlər yenidən qızışdı - Rusların hava hədəfləri vuruldu

06, 05, 22
11:00

Ukraynada döyüşlər yenidən qızışdı - Rusların hava hədəfləri vuruldu


Rusiya ordusu şərq əməliyyat zonasında hücumları dayandırmır.

Bu barədə Ukrayna Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, əməliyyatlarda məqsəd Donetsk və Luqansk vilayətlərinə tam nəzarəti bərqərar etmək və Krımla quru dəhlizini saxlamaqdır.
“Şimal istiqamətində ciddi hücumlar müşahidə edilməyib. Bölmələr yenidən qruplaşdırılır, onların döyüş qabiliyyəti bərpa olunur. Qoşunlarımızın mövqelərini və irəliləmə istiqamətlərini müəyyənləşdirmək üçün Rusiya Silahlı Qüvvələri hava kəşfiyyatı aparır. Donetsk və Tavriya istiqamətlərində intensiv döyüşlər davam edir”, - məlumatda deyilir.

Qeyd olunub ki, son sutka ərzində Rusiya ordusunun 15 hava hədəfi vurulub, 14 PUA və 1 təyyarə məhv edilib. Eyni zamanda Donetsk və Luqansk vilayətlərində 11 hücumun qarşısı alınıb.

Bundan əlavə, Rusiya ordusunun 8 tankı, 11 zirehli döyüş maşını vurulub.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə saxlayın