Conson Rusiyanı çökdürmək üçün planını açıqladı: “Putini...“

06, 03, 22
17:00

Conson Rusiyanı çökdürmək üçün planını açıqladı: “Putini...“


"Dünya liderləri Rusiyanın Ukraynaya dəhşətli müdaxiləsinin uğursuzluğa düçar olması üçün səylərini artırmalıdırlar".

Bunu Böyük Britaniyanın baş naziri Boris Conson bildirib.

“New York Times” qəzetindəki məqaləsində o qeyd edib ki, “bizim hakimimiz gələcək tarixçilər deyil, Ukrayna xalqı olacaq”.

Conson 6 bəndlik plan hazırlayıb, o cümlədən NATO ölkələrində müdafiəni sürətlə gücləndirmək.

Bununla belə, Leyboristlər Baş naziri sanksiyalarla bağlı daha cəld hərəkət etmədiyinə görə tənqid edib.

Böyük Britaniyanın Baş naziri vurğulayıb:

“Putini məğlub etmək lazımdır. Qaydalara əsaslanan beynəlxalq nizama dəstəyimizi ifadə etmək kifayət deyil. Biz onun qaydaların hərbi güclə yenidən yazılması cəhdlərindən qorunmalıyıq”.

Conson, həmçinin dünya liderlərini “Rusiya prezidenti Vladimir Putini dayandırmaq üçün yeni və birgə səylər göstərməyə” çağırmaq niyyətindədir.
Baş nazirin 6bəndlik planına görə:

Dünya liderləri Ukrayna üçün “beynəlxalq humanitar koalisiya”nı səfərbər etməlidir.

Onlar, həmçinin Ukraynanı özünü müdafiəsini təmin etmək səylərində dəstəkləməlidirlər.

Rusiyaya iqtisadi təzyiq gücləndirilməlidir.

Beynəlxalq ictimaiyyət Rusiyanın Ukraynadakı hərəkətlərinin sürünən normallaşmasına müqavimət göstərməlidir.

Müharibənin diplomatik həlli davam etdirilməlidir, ancaq Ukraynanın qanuni hökumətinin tam iştirakı ilə.

NATO ölkələri arasında təhlükəsizlik və möhkəmlik yaratmaq üçün sürətli kampaniya aparılmalıdır.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın