Rusiya-Ukrayna müharibəsi: Bombardmançı təyyarələr sərhədə yaxın bazada cəmləşdi

Dünya / Manşet
 16-01-2022, 18:00     176


2022-ci ilin əvvəlindən başlayaraq Rusiyanın Voronej vilayətindəki “Baltimor” aviabazasına 24 Su-34 qırıcı-bombardmançıları yerləşdirilib.

"Azərbaycan Reallığı" xəbər verir ki, aviabaza Ukrayna sərhədlərindən cəmi 180 kilometr məsafədədir və orada yerləşdirilən 4++ nəsil qırıcı-bombardmançılar Rusiyanın bu ölkəyə gözlənilən hücumu zamanı cəmi bir neçə dəqiqə ərzində havaya qalxıb Ukrayna ərazisindəki hədəflərə hava zərbələri endirə bilər.

Yanvarın 15-də dərc edilm peyk fotolarına əsasən hazırda “Baltimor” aviabazasında 22-dən 24-ə qədər Su-34 qırıcı-bombardmançıları var. İki eskadrilyada cəmləşdirilmiş bu təyyarələr təkcə Ukrayna istiqamətindən deyil, Belarus istiqamətindən də hava hücumları həyata keçirə bilər.

Digər məlumata görə Rusiyanın Uzaq Şərqindən Ukrayna sərhədlərinə doğru “İsgəndər-M” operativ-taktiki raket kopleksləri daşınır. “Conflict Intelligence Team” (CIT) layihəsi şahidlərdən biri tərəfindən çəkilən və  bir neçə gün əvvəl Uzaq Şərqdə dəmir yol eşalonlarına yüklənən “İsgəndər-M” komplekslərinin görüntülərinin əks olunduğu videokadrları yayıb. 

Komplekslərin üstü brezentlə örtülsə də ekspertlər söhbətin “İsgəndər-M” komplekslərindən getdiyini ayrıd etməkdə çətinlik çəkməyiblər. Bundan əvvəl də Rusiyanın Uzaq Şərqindən Ukrayna sərhədlərinə doğru müxtəlif hərbi texnika yüklənmiş onlarla eşalonun hərəkəti qeydə alınmışdı, lakin həmin texnikanın üstü brezentlə örtülməmişdi.

Bildirilir ki, “İsgəndər” kompleksləri yanvarın 13-də Sverdlovsk vilayətində çəkilmiş videoya da düşüb. Həmin videoda komplekslər üçün 7 metr uzunluğunda raketləri daşıyan “KamAZ” avtomobilləri də görünür. Ehtimal edilir ki, Ukrayna sərhədlərinə tərəf Uzaq Şərqdə dislokasiya olunmuş 103-cü və ya 107-ci raket briqadasının “İsgəndər” kompleksləri göndərilib.

Xatırladaq ki, ABŞ administrasiyası Rusiyanın Ukranyaya hücumunun yanvarın sonlarında, fevralın əvvəllərində başlaya biləcəyi haqda xəbərdarlıq edib. Vaşinqtondan açıqlanan məlumatlara görə Rusiya bəhanə kimi Ukrayna ordusunun Donetskə “qəfil hücumunu” istifadə edəcək. Belə hücum görüntüsü yaratmaq üçün isə xüsusi təlim keçmiş bir qrup Rusiya hərbçisi Ukrayna ordusunun formasında Donetskdə partlayışlar və atışma törədəcək, o cümlədən dinc sakinlərin öldürülməsi istisna deyil. (virtualaz.org)

AZƏRBAYCANREALLIĞI.COM