Ermənilər sülh sazişini imzalayacaqmı? - “Azərbaycan yenidən hərbi yolla...“

24, 08, 21
22:00

Ermənilər sülh sazişini imzalayacaqmı? - “Azərbaycan yenidən hərbi yolla...“


"İlham Əliyevdən başqa heç kim öz imzasına hörmətlə yanaşmır".

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.

Qeyd edək ki, Ermənistan Qarabağ münaqişəsinin həllini 30 il uzadıb. Sonda Azərbaycan müharibə yolu ilə öz torpaqlarını geri qaytarıb. İndi isə Ermənistan nə Azərbaycnın ərazi bütövlüyünü tanıyır, nə də sülh sazişini imzalamaq istəyir.

Ermənistanın bu hərəkətlərinin kökündə nə dayanır, sülh sazişini imzalama daha 30 il uzanacaqmı?

Arzu Nağıyevin sözlərinə görə, qarşı tərəf status-kvonu saxlamaqda maraqlıdır:

“Nə qədər ki, delimitasiya və demarkasiya ilə bağlı komissiya təşkil olunmayıb, yəni sərhədlər birmənalı şəkildə aydınlaşdırılmayıb. Eyni zamanda, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayıb. Bu proses hələ çox uzanacaq. Amma nəyin bahasına olursa-olsun, Ermənistan sülh sazişinə zəmanət olaraq Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır.

Bu məsələ noyabr ayının 10-u imzalanan sazişin müddəalarına uyğun olaraq öz həllini tapmalıdır. Həmin sənəddə cənab İlham Əliyev, Vladimr Putin və Nikol Paşinyanın imzaları var. İmza sahibi olan şəxs öz üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Təəssüf ki, İlham Əliyevdən başqa heç kim öz imzasına hörmətlə yanaşmır".

Deputatın fikrincə, ermənilər başa düşməlidir ki, regional təhlükəsizlik böyük qlobal təhlükəsizliyin bir hissəsidir, bu olmadıqda Azərbaycan yenidən hərbi yolla öz istəyinə nail ola bilər. Bu kontekstidə Qarabağ ərazisində olan sülhməramlı qüvvələr də öz funksiyalarını diqqətlə yerinə yetirməlidirlər”

Arzu Nağıyev Ermənistanın KTMT-yə sədrlik dövrünə də toxunub:

“Ermənilər KTMT-yə sədrlik etdiyi dövrdə bundan yararlanmağa çalışır. Ancaq bu cəhd də boşa çıxacaq”.

Mehri Qurban 

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın