İran generalları erməni “mundirində...”

Azərbaycanın 30 ilə yaxın davam edən işğala son qoyaraq ərazi bütövlüyünü təmin etməsi təkcə Qərbdəki erməni havadarlarını narahat etməyib, çox təəssüf ki, bu sırada müsəlman qonşumuz İran da var. Əks təqdirdə İran işğalçı və terrorçu ölkəyə hərbi yardım göstərmək təşəbbüsü ilə çıxış etməzdi.

Erməni mənbələrinin məlumatına görə, İrandan Ermənistana işgüzar səfər edən bir qrup yüksək rütbəli hərbçi Ermənistan-Azərbaycan sərhədindəki hərbi-siyasi gərginliyi müzakirə etmək üçün gəlib. Bildirilir ki, “İran nümayəndə heyəti Ermənistan rəhbərliyinə hərbi yardım təklif edib, xüsusən də bütün sərhəd boyunca müvəqqəti yerləşdirmək üçün texnika və İran qoşunlarını Sünikə gətirmək təşəbbüsü ilə çıxış ediblər, azərbaycanlı təxribatçıların terrorçuların Ermənistana daxil olmasına mane olmaq üçün”. İddialara görə, Ermənistan hakimiyyəti İranın kömək təklifindən imtina edib. Hətta imtina qərarının ikinci olduğu da bildirilir. Qeyd olunur ki, ilk dəfə 2020-ci ilin oktyabrında Qarabağdakı döyüş əməliyyatları dövründə Tehranın hərbi yardımından imtina olunub.
Modern.az isə xəbər verir ki, Ermənistan mətbuatı İrəvanın “Zvartnots” hava limanına enən təyyarədən 10-a yaxın yüksək rütbəli zabitin düşdüyünü yazır. Qeyd olunur ki, iranlı generalların İrəvana gəlişi Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə bağlıdır. “Konkret hansı məqsəd və ya təkliflə çıxış edəcəklərini söyləmək çətindir, lakin bölgədəki hərbi-siyasi gərginliyin İranı narahat etdiyi şübhəsizdir”,-deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, bir neçə gün əvvəl İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri Mojtaba Zolnuri Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə toxunaraq, İran İslam Respublikasının bölgədəki hər hansı bir dəyişikliyi qəbul etmədiyini vurğulamışdı. “Əgər Ermənistan ərazilərinin bir hissəsini almaq istəsələr, sərhədlərimiz dəyişdiriləcək, yəni yeni bir problemimiz olacaq, bu bizim üçün məqbul deyil. İran İslam Respublikasının Ermənistanla ortaq sərhədi qorunmalıdır”, - deyə Mojtaba Zolnuri deyib.
1.jpg (56 KB)
Əslində bu, müsəlman qonşumuzun adına utanc gətirən faktdır. Söhbət Qarabağdakı 60-dan çox məscidi darmadağın edən, salamat qalan dini məbədlərimizdə isə inək, donuz saxlayan, uşaq, qadın qatili olan terrorçu dövlətə hərbi yardım təklifindən gedir. Azərbaycan dövlətinin başçısı Qarabağın işğalda olduğu dönəmlərdə dəfələrlə müsəlman dünyasına müraciət edərək, onları məscidləri dağıdan ölkə ilə əməkdaşlıqdan çəkinməyə çağırmışdı. İran dövləti isə mütəmadi şəkildə Ermənistana hər cür dəstək verməsinə baxmayaraq, özünü ədalət carçısı kimi təqdim etməyə çalışırdı. Ermənistan İranı daim özü üçün nəfəslik hesab edib və etiraf olunub ki, əgər 35 km-lik İran-Ermənistan sərhədi - Mehri qapısı bağlanarsa, Ermənistan boğular. Bu faktın özü sübut edir ki, İran Ermənistan üçün vazkeçilməz bir ölkədir. Ermənilərin hədəfləri və niyyətləri təəccüblü deyil. Ancaq müsəlman qonşumuzun bölgədə sabitliyin tədricən bərpa olunduğu, silahların susduğu, Qarabağ münaqişəsinin arxivə göndərildiyi bir dönəmdə gərginliyi tətikləmək istiqamətində hərəkətə keçməsi heyrət doğurur. İran 44 günlük müharibə dönəmində özünün vasitəçilik missiyasını təklif etmişdi və bölgəyə nümayəndə heyəti göndərmişdi. Ancaq bundan əvvəl İranın Araz çayı boyunca hərbi qüvvələr cəmlədiyini də unutmamamışıq. Görünən budur ki, İranın vasitəçilik niyyətinin arxasında başqa məqsədlər dayanırmış, əks təqdirdə bu gün Ermənistana hərbi yardım təklif etməzdi.

Azərbaycan dövləti Zəngəzur dəhlizinin açılması ilə bölgə dövlətlərinin, o cümlədən İranın bu əməkdaşlıqdan faydalanacağını bəyan edib. Ancaq İran bu xoşməramlı mövqenin qarşılığında fərqli mövqe sərgiləməkdədir. Bir neçə gün əvvəl İran parlamentinin üzvlərindən biri bu layihənin əleyhinə çıxış etməklə ermənilərin yanında mövqe tutmuşdu. Bunun ardınca İran hərbçilərinin İrəvanda peyda olması Azərbaycana qarşı açıq düşmənçilikdir. Azərbaycan sərhədçilərinin Laçın rayonuna aid olan Qaragöl ərazisinə nəzarət etməsi, sərhədlərin dəqiqləşdirilməsi prosesini həyata keçirməsi Ermənistanı narahat etdiyi qədər, İranda da narahatlıq doğurub, əks halda belə düşmən mövqe sərgilənməzdi.

Yeri gəlmişkən, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu ilin yanvarında erməni həmkarı Ara Ayvazyanla görüşü zamanı “Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir”, - deyə bildirmişdi. Münasibətlərdəki fərq göz önündə, 30 ilə yaxın ərazisi işğalda qalan müsəlman Azərbaycanın ərazisi nədənsə Zərif üçün “qırmızı xətt” olmadığı halda, işğalçı və terrorçu dövlətə münasibətdə bunun şahidi olduq.
Əlavə edək ki, bu arada növbəti dəfə İran nömrə-nişanlı yük maşınlarının Laçın dəhlizi vasitəsilə Qarabağa mənşəyi məlum olmayan yüklər daşıdığı barədə xəbərlər və videokadrlar yayılır. Bundan əvvəl də belə hal baş vermişdi və İran məlumatı təkzib etmişdi. Ancaq əgər iranlı generallar Azərbaycan əleyhinə hərbi koalisiya təklifi ilə İrəvana gəlirlərsə, yüklərlə bağlı məlumatlar da qeyri-adi görünmür.
elxan-sahinoglu.jpg (25 KB)
“Atlas” Araşdşırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirdi ki, Tehranın narahatlığının səbəbi bəllidir: “Başda Azərbaycan prezidenti olmaqla Azərbaycan cəmiyyətində Zəngəzurla bağlı fikirlər genişlənir. Bu isə İranın hakimiyyət dairələrini narahat edir. Çünki Azərbaycan nə zamansa Zəngəzura sahiblənsə, o halda İranın Ermənistanla sərhədi olmayacaq. Bu perspektivi isə İrandakı dairələr qəbul etmək istəmir, deputatlar “sərhədlər dəyişdirilə bilməz” deyir, iranlı generallar İrəvana gedirlər. Halbuki, Ermənistan sərhədləri dəyişdirib Azərbaycan torpaqlarını 30 ilə yaxın müddətdə işğalda saxlayanda cənubdan buna etiraz yox idi. Ona görə İranla münasibətlərdə növbəti gərginliyə hazır olmalıyıq”.

İrana məxsus yüklərin Laçın dəhlizi ilə Qarabağa daşınmasına gəldikdə, politoloq hesab edir ki, Tehrandan rəsmi açıqlama gözləmək bizim haqqımızdır. “Düzdür, bundan əvvəl dedilər ki, hansısa yüklər daşınmayıb. Amma internetdə İrana məxsus yük maşınlarının görüntüləri, seriya nömrələri var idi. Ona görə də əlbəttə ki, İranın cavabı bizi qane etmədi. Bu, məsələnin bir tərəfi. Digər tərəfdən, İran parlamentinin təhlükəsizlik komitəsinin sədrinin məntiqsiz açıqlaması oldu ki, guya sərhədlərin dəyişdirilməsinə İran imkan verməməlidir. Yaxşı, 30 il torpaqlarımız işğal altında qalıb, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini həyata keçirib, məscidlər dağıdılıb, onda niyə həmin şəxs demirdi ki, bu, İranın maraqlarına ziddir, gərək Tehran buna yol verməsin? Amma indi Azərbaycan haqlı olaraq Ermənistanla sərhədlərini müəyyənləşdirir, İran parlamentinin komitə sədri bunun əleyhinə açıqlama verir? Bu məsələ də aydınlaşdırılmalıdır. Ola bilsin ki, bu, onun şəxsi fikridir, belədirsə, İran parlamentinin sədri, ya XİN başçısı açıqlama versin ki, həmin deputatın fikirləri İranın rəsmi siyasətini əks etdirmir. Yadımdadır, Azərbaycan deputatlarından biri İranı sərt tənqid etmişdi, sədarət onu tənbeh etdi, ona töhmət elan olundu. Mən bunu da məntiqsiz hesab edirdim. Ancaq bununla Azərbaycan tərəfi nümayiş etdirdi ki, İranla qarşıdurma, münasibətlərin gərginləşməsini və hər hansı deputatın İranı sərt tənqid etməsini istəmir. Yəni biz öz yanaşmamızı ortaya qoyduq. Amma eyni həssasiyyəti çox təəssüf ki, İran tərəfindən görmürük”.
unnamed.jpg (30 KB)
Politoloq Elçin Mirzəbəyli isə saytımıza açıqlamasında vurğuladı ki, İranın yüksəkçinli hərbçilərindən ibarət nümayəndə heyətinin İrəvana gəlməsi barədə məlumat Ermənistanın rəsmi mənbələri tərəfindən yayımlanmayıb və bu, erməni xüsusi xidmət orqanlarının informasiya təxribatı da ola bilər: “Bütün hallarda, hətta dezinformasiya da olsa belə, məsələyə İran tərəfinin reaksiya verməsi vacibdir. Çünki İranın Ermənistan və Azərbaycan sərhədlərinin yaxınlığında pilotsuz uçuş aparatlarından istifadə etməklə kiçikmiqyaslı təlimlər keçirməsi barədə yayılan məlumatlar, İranın bəzi deputatlarının Azərbaycanla bağlı sərsəmləmələrinin bu ölkənin rəsmi resurslarında yayımlanması, şübhəsiz ki, narahatlıq yaradır və haqlı şübhələrə səbəb olur. İranın Azərbaycana münasibətdə, xüsusilə də ərazilərimizin işğal edildiyi zaman kəsiyində sərgilədiyi mövqe, həmçinin bu ölkənin dünyanın sivil dövlətlərinin idarəetmə modelindən fərqli yarıleqal, yarıməxfi təsisatlarının dövlət quruluşumuz əleyhinə fəaliyyətləri barədə mövcud olan və hətta çoxsaylı istintaq materiallarında, məhkəmə proseslərində təsdiqini tapmış faktlar bu qonşu dövlətə qarşı daim ehtiyatla yanaşmağımızı zəruri edir. Əslində ritorikanı, şüarçılığı bir kənara qoyub, İranın Azərbaycana münasibətini olduqca bəsit və dəqiq metodla müəyyənləşdirmək olar”.

Siyasi şərhçi bildirdi ki, İran hər zaman Azərbaycanın qarşısında olanların yanında yer alıb: “Birbaşa olmasa da dolayısıyla... Təkcə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı İranın uzun illər oynadığı ikrahdoğurucu oyunları, Xəzərin o tayındakı qardaşlarımızla aramıza nifaq salmaq cəhdlərini xatırlasaq, rəsmi Tehranın bizə olan münasibətinin gerçək üzünü görə bilərik. İran klassik fars siyasətinin üslubuna uyğun olaraq, bir ölkənin güclənməməsi, ədaləti bərqərar etməməsi, qalib gəlməməsi üçün əlindən gələni edir, sonra da qalibin yanında olduğunu görüntüləməklə məğluba revanş etmək üçün dəstək verir. Türklərin hakimiyyətdə olduğu zaman kəsikləri istisna olmaqla, Əhəmənilərdən bu yana İran siyasətində heç bir dəyişiklik baş verməyib. Pəhləvilər hakimiyyəti qəsb etdikdən sonra, bu siyasət daha qabarıq və daha aqressiv bir obraz alıb və bu gün də formasını dəyişsə də mahiyyətini olduğu kimi saxlayır. Şübhəsiz ki, biz İranın timsalında yaxın və səmimi bir qonşunun olmasını arzulayırıq. Amma mövcud dini-siyasi rejimin siyasətinin ana xəttini təşkil edən ariizm, panfarsizm dönəmində bunun mümkün olmayacağını düşünürəm. Təsadüfi deyil ki, vaxtilə Azərbaycan torpaqlarının işğalı prosesinin əsas fiqurantları olan Ter-Petrosyan və Köçəryan İranı Ermənistan üçün həyat yolu adlandırırdılar”.
32.jpg (80 KB)
E.Mirzəbəyli xatırlatdı ki, 44 günlük Vətən müharibəsi dövründə biz bu “həyat yolu”nun yenidən dirçəldilməsinə cəhdləri gördük: “Təəssüf ki, Firdövsinin “Şahnamə”sindən tökülən zəhər bu günə qədər də beyinlərdən silinməyib. Panfarsist siyasət bütün dost xalqların İranla münasibətlərinə ciddi maneə yaradır. “Fars idarə edir, türk döyüşür, qoruyur” fəlsəfəsi tarixdə nəhəng imperiyalar qurmuş bir millətin sələfləri üçün keçərli deyil və olmayacaq. Biz daha ədalətli idarə edirik. Minillərdən bu yana boy göstərən dövlətçilik tariximiz də bunu sübuta yetirir. İranın Ermənistana hərbi yardım təklifinə, İrəvanın isə bundan imtina etdiyinə gəldikdə isə, əgər bu fakt təsdiqini taparsa, o zaman İranla bütün münasibətlərə son qoyulmalıdır. Çünki İranın Azərbaycan ətrafında bizim dünyaya çıxış imkanlarımızın məhdudlaşdırılmasına xidmət edən təxribatlar törətdiyi barədə çoxsaylı ehtimallar var. Həm də təkcə Ermənistanda deyil, həm də Gürcüstanda... İran Zəngəzur dəhlizinin reallaşmaması üçün əlindən gələni edir və edəcək. Çünki Zəngəzur dəhlizinə Azərbaycanın və Türkiyənin layihəsi kimi yanaşır və bunun panfarsist siyasətinə maneə kimi görür. Bu həm də İranın Rusiyaya qarşı revanşıdır. Düşünürəm ki, rəsmi Moskva da Tehranın əməllərinə qiymət verməlidir”.

Məsələ ilə bağlı Azərbaycanın rəsmi münasibətini də öyərənmək istədik. Ancaq XİN-in mətbuat xidmətinin rəhbəri telefon zəngimizə cavab vermədi. Yəqin ki, müvafiq reaksiya olacaq...

Azerbaycanrealligi.com




Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Gənc yazıçı İlahə Səfərzadənin "NƏMƏLUM MƏKTUB" adlı yeni psixoloji romanı işıq üzü görüb - FOTOLAR

Gənc yazıçı İlahə Səfərzadənin "NƏMƏLUM MƏKTUB" adlı yeni psixoloji romanı işıq üzü görüb - FOTOLAR

  • 30 noy, 10:18
Gənc yazıçı İlahə Səfərzadənin "NƏMƏLUM MƏKTUB" adlı yeni psixoloji romanı işıq üzü görüb - FOTOLAR 
"Niyə ərə getmirsən?" sualına aktrisanın cavabı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ - FOTO

"Niyə ərə getmirsən?" sualına aktrisanın cavabı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ - FOTO

  • 23 noy, 21:00
"Niyə ərə getmirsən?" sualına aktrisanın cavabı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ - FOTO
Nigar XTQ girizi olan ərinin ilk dəfə üzünü göstərdi - FOTO

Nigar XTQ girizi olan ərinin ilk dəfə üzünü göstərdi - FOTO

  • 09 noy, 22:00
Nigar XTQ girizi olan ərinin ilk dəfə üzünü göstərdi - FOTO
İsmayıllı Regional Mədəniyyət İdarəsində NAQOLAY İŞLƏR - İDDİA

İsmayıllı Regional Mədəniyyət İdarəsində NAQOLAY İŞLƏR - İDDİA

  • 01 noy, 19:30
İsmayıllı Regional Mədəniyyət İdarəsində NAQOLAY İŞLƏR - İDDİA 
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar