“Eşşək” ləqəbli erməni oliqarx rusların dəstəyilə Xankəndiyə gəldi - FOTOLAR

09, 05, 21
21:00

“Eşşək” ləqəbli erməni oliqarx rusların dəstəyilə Xankəndiyə gəldi - FOTOLAR


“Çiçəklənən Ermənistan” partiyasının lideri, oliqarx Qaqik Sarukyan Rusiya hərbçilərinin dəstəyi ilə Azərbaycan dövlət sərhədini pozaraq Laçın və Şuşadan keçməklə Xankəndinə gəlib.

Azerbaycanrealligi.com xəbər verir ki, bu haqda erməni partiya rəhbəri özünün “Facebook” səhifəsində yazıb. 

Q.Sarukyan Xankəndində separatçı-terrorçu rejim tör-töküntüsünün indiki rəhbəri Araik Arutyunyan, keçmiş rəhbərlər Bako Saakyan və Arkadi Qukasyanla birgə 9 May tədbirlərinə qatılıb, II Cahan savaşının  erməni veteranlarıyla görüşüb.


Araiklə görüşdə Qarabağ klanı arasında “eşşək” ləqəbi ilə tanınan Q.Sarukyan Yuxarı Qarabağdakı ermənilərin iqtisadi-sosial problemlərini müzakirə edib.

Qeyd edək ki, bu erməni oliqarx  Azərbaycanın Qələbəsindən sonra Qarabağdan digər yerlərə və Ermənistana köçmüş soydaşlarının evlə, ərzaqla təmin olunması işinə fəal dəstək verir.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın