“Ərdoğanın Şuşaya səfər edəcəyini elan etməsi Kremlə verilən incə mesaj idi”


"Rusiya tərəfi hər vəchlə çalışır ki, Dağlıq Qarabağ münaqişəsi adından istifadə etsinlər. Moskva sülhməramlı qüvvələrinin mövcudluğu dedikdə Azərbaycanda deyil, birbaşa Dağlıq Qarabağda olduğunu qeyd edirlər. Bu birbaşa Azərbaycanın ərazi bütövlüyünə qarşı bir prosesdir".

Azerbaycanrealligi.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun fikrincə ötən gün Rusiya müdafiə nazirinin müavinin sülhməramlı qüvvələrinin məsuliyyət zonasına səfəri, burada genişlənən fəaliyyəti rəsmi Bakıda narazılıq doğurmaya bilməz:

"Həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Türk dövlətlərinin iclasında Şuşaya səfər edəcəyini elan etməsi Kremlə verilən incə mesaj idi. Və Rusiyanın Qarabağdakı fəaliyyətinə rəsmi Bakının etirazı idi.

Məhz bu gün Azərbaycanın seçdiyi geosiyasi mövqe Rusiyanın Qarabağda fəaliyyətini neytrallaşdırmağa hesablanıb. Bu gün Rusiya prezidenti Vladimir Putinin prezident İlham Əliyevə zəngi zamanı Dağlıq Qarabağ münaqişəsi terminindən istifadə etməsi, heçdə münaqişənin həll edilmədiyini, sadəcə atəşkəsin qorunmasını qabartması ilə Rusiya sülhməramlı qüvvələrinin önəmini və qalıcılığıni önə çəkdi. Putin bununla demək istəyir ki, münaqişə var, atəşkəs sistemi var".

M.Əsədullazadə qeyd edib ki, əgər, 10 noyabr birgə Bəyannaməsinin 4-cü bəndi yerinə yetirilib, silhahlı erməni birləşmələri bu ərazilərdən çıxarılsa, atəşkəs sözü işlənməz və münaqişənin olduğu da gündəmdən düşər:

"Məhz Rusiya silahlı erməni birləşmələrini ona görə çıxarmır ki, atəşkəs görüntüsü yaratmaqla özlərinin sülhməramli fəaliyyətinə don geyindirsinlər. Əgər, Bəyannamənin 4-cü bəndi icra edilməyəcəksə, həqiqətən də Rusiya prosesləri istədiyi situasiyada idarə edə biləcək.

Ona görə də Putin çalışır ki, Azərbaycan tərəfinin bu məsələdə mövqeyini zəiflətsin. Azərbaycan bununla razılaşmayacaq və Ərdoğan Şuşadan Rusiyaya şərtlərə əməl edilməsini, silhlalı erməni birləşmələrininn çıxarılmasını tələb edəcəyi mümkündür. Şuşadan veriləcək mesaj, həmçinin bu səfər Azərbaycanın mövqeyini gücləndirəcək və yeni bir mərhələnin başlanğıcı olacaq".

Azerbaycanrealligi.com 

Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Rəmişin dəfn olunacağı yer müəyyənləşdi

Rəmişin dəfn olunacağı yer müəyyənləşdi

  • 06 apr, 14:00
Rəmişin dəfn olunacağı yer müəyyənləşdi
Onları koronavirusa görə itirdik... - Siyahı

Onları koronavirusa görə itirdik... - Siyahı

  • 30 mar, 18:00
Onları koronavirusa görə itirdik... - Siyahı
Xalq artisti 8 martdan İMTİNA ETDİ - BUNLAR İSƏ... (FOTO)

Xalq artisti 8 martdan İMTİNA ETDİ - BUNLAR İSƏ... (FOTO)

  • 07 mar, 18:00
Xalq artisti 8 martdan İMTİNA ETDİ - BUNLAR İSƏ... (FOTO)
“30 ildi şəhidimiz var, bəs niyə oxuyurlar?“ - Qalmaqal

“30 ildi şəhidimiz var, bəs niyə oxuyurlar?“ - Qalmaqal

  • 06 mar, 20:00
“30 ildi şəhidimiz var, bəs niyə oxuyurlar?“ - Qalmaqal
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar