İranda son çərşənbə faciəsi - 6 ölü, 331 yaralı

17, 03, 21
20:00

İranda son çərşənbə faciəsi - 6 ölü, 331 yaralı


İranda Hicri Şəmsi təqviminə görə qeyd edilən ilin son çərşənbəsində - "Çərşənbə Suri" mərasimlərində altı nəfər ölüb, 331 nəfər yaralanıb.

Azerbaycanrealligi.com-un İranın dövlət televiziyasına istinadən xəbərinə görə, bunu ölkənin Təcili Yardım Qurumunun sözçüsü Müctəba Xalidi deyib.

O bildirib ki, yaralılardan 41 nəfər müxtəlif əzalarını itirib, 123 nəfərin bədənində yanıqlar qeydə alınıb və yeddi nəfər gözlərindən yaralanıb.

Qeyd edək ki, yeni ilin gəlişi münasibətilə keçirilən "Çərşənbə Suri" mərasimlərində keçən il də üç nəfər ölmüş, 1403 nəfər yaralanmışdı.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın