ABŞ PUTİNDƏN SONRAKI DÖVRÜ NECƏ PLANLAŞDIRMALIDIR? – “Putinin qorxusu şəxsi xarakter daşıyır”

İki qitədə yerləşən və dünyada ən böyük əraziyə malik olan Rusiya yeni geostrateji plan qurmağa çalışır. Hazırda Rusiya iki böyük güc mərkəzi - Avropa və Çinin arasında sanki sıxışıb qalmış vəziyyətdədir. ABŞ-la Rusiya arasındakı münasibətlər də son illər çox bərbad hala düşüb. 

Əgər Rusiya Avropa ilə bağlarını tam qoparasa və Çinlə qeyri-bərabər şərtlər daxilində əməkdaşlığı davam etdirərsə, onda Rusiyanın böyük şərq qonşusu gələcək perspektivdə onu özünə tabe etdirəcək. Bu təhlükəni görən Qərb dünyası Rusiya ilə bağlı yeni konsepsiya hazırlamalıdır. Avropa və ABŞ analitikləri hesab edirlər ki, Rusiya Çinlə deyil, məhz Qərblə yaxınlaşmalıdır.

Azerbaycanrealligi.com xəbər verir ki, Sözügedən məsələylə əlaqədar ABŞ-ın “The National Interest” saytı “Rusiya ilə münasibətlərdə yeni kursu necə hazırlamalı” başlıqlı məqalə dərc edib. “AzPolitika.info” həmin məqalənin tərcüməsini qısa ixtisarla təqdim edir: “Bu gün Çin Xalq Respublikası nəinki iqtisadi rəqabət gücünə malik ölkə kimi tanınır, o həm də qonşularını təhdid edən və ABŞ-ın dünyadakı iqtisadi, siyasi və hərbi üstünlüyünü sıxışdırıb çıxarmaq ideyasını rəhbər tutan güc olmaq istəyir. 

Prezident Co Bayden və onun administrasiyası Çindən gələ biləcək bu təhlükələrə əhəmiyyətsiz yanaşmamalıdır. Moskva və Pekinin ABŞ-a qarşı eyni mövqedə birləşməsi ciddi təhlükə sayılmalıdır.

Prezidentlər Si Çzinpin və Vladimir Putinin əməkdaşlıq etmək üçün əsasları var. Hər bir diktatorun başlıca məqsədi hakimiyyətdə qalmaqdır. Bu liderlər öz təhlükəsizliklərindən əmin deyillər.

Onlar həm strateji planda və həm də yaşayış tərzi baxımından ABŞ-ı və digər azad ölkələri özləri üçün təhlükə hesab edirlər. İnsanların maddi və mənəvi azadlıqları həmişə tiranlarda həyəcan yaradır. Çin və Rusiya rəhbərləri nümayişlərdən və etiraz aksiyalarından qorxurlar və bu qorxu şəxsi xarakter daşıyır.

Putin xarici qonaqlarla görüşlərində Liviya rəhbəri Müəmmər Qəddafinin, İraq rəhbəri Səddam Hüseynin və Yuqoslaviya/Serbiya prezidenti Slobadan Miloşeviçin Qərb tərəfindən necə devrilmələrindən və sonra isə onların asılmaqlarından və ya həbsxanada ölmələrindən tez-tez söhbət salır.

Hər iki ölkə yaxın qonşularına qarşı özlərini çox aqressiv aparır və bir-birini hərtərəfli şəkildə dəstəkləyirlər. Çin və Rusiya öz əməkdaşlıqılarıni geniş formada nümayiş etdirməkdən ötrü çox fəallıq göstərirlər. Çin və Rusiya iri miqyaslı müştərək hərbi təlimlər keçirirlər, iqtisadi müqavilələr imzalayırlar, mədəniyyət sahəsində mübadilələr aparırlar. Bunlarla yanaşı, Çin və Rusiyanın təhlükəsizlik gücləri də əməkdaşlıq edirlər. 

Ancaq bütün yaxınlaşmalara baxmayaraq, bu, hansısa ittifaq sayıla bilməz. Ortada heç bir müqavilə yoxdur. Onların hərbçiləri birlikdə təlimlər keçirirlər, lakin onlar arasında NATO ölkələrindəki və ya ABŞ-Yaponiya və ya ABŞ-Cənubi Koreya kimi operativ əlaqələlər yoxdur.

Bu ölkələrin iqtisadi münasibətləri hər ikisi üçün heç də eyni əhəmiyyət daşımır. Rusiya geniş beynəlxalq sanksiyalar altındadır və Çinlə biznes qurmaq Rusiyaya çox vacibdir. Çinlə ixracat və idxalat Rusiya iqtisadiyyatı üçün mühümdür, xüsusən də enerji daşıyıcıları və silah satışı sahəsində. Ancaq Çinin ən böyük ixracatçısı ABŞ-dır və bu, onun ümumi ixracat həcminin 19%-ni təşkil edir. Rusiya isə Çinin ixracatında yalnız 12-ci yeri tutur və onun buradakı payı 1,9 faizdir. Bu iki ölkənin iqtisadiyyatı Avropa Birliyindəki əlaqələrdən fərqli olaraq sıx inteqrasiya olunmayıb.

Mədəni baxımdan Çin və Rusiya arasında ümumi tarixi bağlılıq yoxdur. Çin inkişaf etmiş Asiya sivilizasiyasıdır. Bu sivilizasiya minilliklər ərzində Asiya dini əsasında qurulub və Si Çzinpin və onun marksist ardıcılları xristianlığı təqib edirlər. Rusiya isə Avropa ənənələrinə bağlanan çoxəsrlik mədəniyyətə malikdir. Pravoslavlıq pratiki olaraq dövlət dinidir.

- Çini və Rusiyanı bir-birindən ayıran güc

Belə görünür ki, qələcək şərtlər Çin və Rusiya arasındakı fikir ayrılığını yalnız gücləndirəcək. Çinin əhalisi 1,4 milyarddır və onun iqtisadiyyatı dünyada ikincidir. Çinin Ümumi Daxili Məhsulunun həcmi 14 trilyon dollardır. Rusiyanın əhalisi 145 milyondur. Rusiyanın ÜDM-nin həcmi 1,7 trilyon dollardır və bu göstəriciyə görə İtaliya və Texasdan geridir.

Çinin iqtisadiyyatı şaxələnib, texnoloji cəhətdən inkişaf edib və 2019-cu ildə 6% böyüyüb. Rusiya iqtisadiyyatı əsasən enerji daşıyıcılarından asılıdır və onun iqtisadi böyüməsi 1,3 % təşkil edib. Proqnozlara görə 2050-ci ildə Çinin əhalisi indiki səviyyədə qalacaq, lakin Rusiyanın əhalisi azalacaq. Hərbi sferadakı dinamika da Rusiya üçün qənaətbəxş deyil. Çin öz silahlı qüvvələrinə Rusiyadan dörd dəfə daha çox pul xərcləyir. Dünya silah satış bazarında Çin Rusiyanın müştərisi olmaqdan çıxaraq, onun rəqibinə çevrilib. Müasir texnoloji dünyamızda Çin Rusiyadan üstün vəziyyətdədir və bu silah texnologiyasına da sirayət edir.

Güclü və daha aqressiv Çin Rusiyanın Uzaq Şərqdəki, Mərkəzi Asiyadakı və Arktikadakı əsas maraqlarına potensial və real təhlükə təşkil edir. Əksər çinlilər hesab edirlər ki, Vladivostok portu daxil olmaqla, Uzaq Şərqin Rusiyaya məxsus ərazisinin çox hissəsi onlarındır və XIX əsrdə qeyri-bərabər şərtlər altında Rusiyaya verilib. 

Rusiyanın Uzaq Şərq hissəsində 7 milyon rus yaşayır. Sərhəddin o biri tayında, yəni Mancuriyada 100 milyon çinli yaşayır. Müəyyən bir vaxtdan sonra Rusiya Çinin Mərkəzi Asiyaya iqtisadi müdaxiləsini təhlükə kimi qəbul etmək məcburiyyətində qalacaq.

Çində ÜDM-ə görə adam başına düşən illik gəlir 10 min dollardır ki, bu, Rusiyada 11,6 min dollardır. Fransada, Almaniyada, Yaponiyada və Böyük Britaniyada adam başına düşən gəlir 40 min dollardır. ABŞ-da isə bu göstərici 60 min dollar təşkil edir. Rusiyada iqtisadi islahatların hayata keçirilməsi bu iki ölkəni bir-birindən ayıran əsas amil olacaq.

- Rusiyanın Çindən aralanaraq Avropaya tərəf yönəlməsinin mümkünlüyü

Müəyyən bir vaxtdan sonra Rusiya möhtəşəm Çinin xammal tədarükçüsü və kiçik siyasi əməkdaşı rolundan böyük narazılıq hiss etməyə başlayacaq. İndiki ictimai etirazların nəylə qurtaracağından asılı olmayaraq, Rusiyanın çiçəklənməsi və xalqının rifahının təmin edilməsi üçün maksimal səmərəylə iqtisadi və siyasi islahatların keçirilməsi tələb olunur. Ancaq bundan ötrü Kreml Çinə yox, Qərb modelinə üstünlük verməlidir. 

Moskva istəmir ki, ABŞ-la yaxınlaşmaqla bir böyük tərəfdaşını digəriylə dəyişsin. Ancaq liderlər və vətəndaşlar üçün mədəni bağları daha yaxın olan Avropayla dostlaşmaq daha məqsədəuyğundur. Çünki Rusiya Avropanın ən böyük hərbi gücü, ən çox əhalisi və mühüm iqtisadi əməkdaşlıq imkanlarına malik dövləti olacaq. Rusiya elitası öz övladlarını məhz Avropaya təhsil almağa göndərir, pullarını oraya yatırır, orada dincəlir və ev alırlar.

Rusiya öz tarixi boyunca Avropa və Asiya kökləri arasında var-gəl edib. Bu gün avtoritar Rusiya hiss edir ki, demokratik Avropa və Qərb onu tam mənasıyla qəbul etmir və bu ölkəni özləri üçün təhlükə sayırlar. 

Rusiya Avropada öz yerini tapmaq üçün demokratik planda reytinqini yüksəltməli və qonşularını təhdid etmək kimi tarixi vərdişindən birdəfəlik əl çəkməlidir. Əlbəttə, bunu etmək mümkündür. Almaniya və Fransa tarix boyu ənənəvi rəqib və düşmən olublar, lakin artıq onlar 76 ildir ki, bir-biriylə müharibə aparmırlar. Həmçinin Fransa ilə İngiltərə 151-ildir ki, sülh şəraitində yaşayırlar.

- Bu dəyişiklikləri stimullaşdırmaqdan ötrü ABŞ nə edə bilər?

Putinin zamanında Qərblə yaxınlşma çətin iş olacaq. Amma unutmayaq ki, o, hakimiyyətdə əbədi qalmayacaq. Nə vaxtsa Rusiya hakimiyyəti anlayacaq ki, onun milli maraqları indikindən fərqli xarici siyasət yürüdülməsini tələb edir. ABŞ həmin vaxta bu gündən hazır olmalıdır. 

Bu, o mənaya gəlir ki, ABŞ Avropayla birlikdə Rusiyanın təcavüzkar və diktator əməllərinin qarşısını sanksiyalar vasitəsiylə alınması cəhdlərindən imtina etməlidir. Moskva başa düşməlidir ki, onun qonşu ölkələrə qarşı münasibəti, davranışları az əhəmiyyət daşımır və təcavüzkarın çox az dostu olar. Rusiyaya anlatmaq lazımdır ki, Qərb ailəsi dost Rusiyanı qəbul etməyə hazırdır. 

Nə qədər çatışmazlığı və səhvləri olmasına baxmayaraq, bugünkü Rusiya ekzistensianal düşmən deyil. Qərb zamanla öz ölkəsinin yeni kursunu müəyyənləşdirəcək. Rusiya siyasətçilərinin yeni nəsli ilə əlaqələr qurmaqı vacibdir. Sadə insanlar arasındakı əlaqələrin genişlənməsi də Qərblə gələcək münasibətlərin yaxşılaşmasına kömək edə bilər.

Lakin təəssüf ki, son illər bu cür əlaqələr azalıb. Hadisələrin gedişinin dəyişdiriliməsi vaxtı gəlib çatıb. Qərb dünyası heç zaman rus xalqıyla mübahisə etməyib, fikir ayrılığının və düşmənçiliyin səbəbi Rusiyanın bəzi rəhbərlərinin fəaliyyətindən qaynaqlanır. Rusiyada keçirilən rəy sorğularında həmişə ABŞ haqqında xoş sözlər söylənilib, amma son zamanlar vəziyyət yaxşı deyil.

Rusiyanın Amerika və Avropa siyasətinə müdaxilə etməsi yolverilməzdir. Amma onun təsir imkanlarını şişirtmək və bir çox məsələlərdə Rusiyanın olmayan müdaxiləsindən danışmaq ABŞ-ın uzunmüddətli maraqlarına aid deyil. Əgər ABŞ daxili siyasi məqsədlər naminə bütün günahları Rusiyanın üstünə yıxarsa, onda bu, Amerikaya ziyan gətirər. Belə tərz davranışlar Çin və Rusiya arasındakı münasibətləri pozmaq istiqamətindəki Amerikanın geosiyasi hədəflərinə uyğun gəlmir. Sadə rusiyalılar və həmçinin də Rusiya rəhbərliyi bilməlidir ki, əgər Rusiya beynəlxalq hüquqa hörmət edərsə, onda ABŞ və Avropa onu məmnuniyyətlə dost kimi dəstəkləyər”.

Azerbaycanrealligi.com




Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Rəmişin dəfn olunacağı yer müəyyənləşdi

Rəmişin dəfn olunacağı yer müəyyənləşdi

  • 06 apr, 14:00
Rəmişin dəfn olunacağı yer müəyyənləşdi
Onları koronavirusa görə itirdik... - Siyahı

Onları koronavirusa görə itirdik... - Siyahı

  • 30 mar, 18:00
Onları koronavirusa görə itirdik... - Siyahı
Xalq artisti 8 martdan İMTİNA ETDİ - BUNLAR İSƏ... (FOTO)

Xalq artisti 8 martdan İMTİNA ETDİ - BUNLAR İSƏ... (FOTO)

  • 07 mar, 18:00
Xalq artisti 8 martdan İMTİNA ETDİ - BUNLAR İSƏ... (FOTO)
“30 ildi şəhidimiz var, bəs niyə oxuyurlar?“ - Qalmaqal

“30 ildi şəhidimiz var, bəs niyə oxuyurlar?“ - Qalmaqal

  • 06 mar, 20:00
“30 ildi şəhidimiz var, bəs niyə oxuyurlar?“ - Qalmaqal
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar