"Ermənistanın məğlub olmasının əsas səbəbi..."- Keçmiş senator

25, 02, 21
18:00

"Ermənistanın məğlub olmasının əsas səbəbi..."- Keçmiş senator


 "Ermənistanın baş naziri Nikol Paşinyanın "İsgəndər” operativ-tatiki raketlərinin yararsız olduğu və Qarabağda tətbiqi zamanı "10 faiz partladığı” haqda bəyanatı Rusiyada hiddətlə qarşılanıb. Axı söhbət Rusiyanın "dünyada analoqu olmayan” və həmişə Qərbi qorxutmaq üçün istifadə etdiyi silahlardan birindən gedir". 
Bunu keçmiş senator və hərbçi Frants Klintseviç də Paşinyanın dediklərinə münasibət bildirib.
 
Senator bildirib ki, Ermənistanın Azərbaycanla müharibədə məğlub olması heç cür Rusiya raket kompleksləri ilə bağlı deyil.
 
"Çünki bu komplekslər ağıllı əllərdə etibarlı silahdır." 

"Yerevanın o sayda "İsgəndər”ləri və onlara aid döyüş sursatları yoxdur ki, prinsipcə onları hansısa real hərbi vəzifənin istifadəsi üçün istifadə edəsən. Üstəlik bu kompleksləri düzgün istifadə eləmək lazımdır. Paşinyanın bəhs etdiyi uğursuz raket buraxılışına gəldikdə araşdırmaq lazımdır ki, nə problem olub. Ola bilsin problem şəxsi heyətin pis hazırlıq keçməsindədir”,-keçmiş senator qeyd edib.
 
Klintseviç vurğulayıb ki, Qarabağ müharibəsində Ermənistanın məğlub olmasının əsas səbəbi qüvvələrin bərabər olmaması idi. "Erməni qoşunları faktiki olaraq havadan qorunmurdu, Azərbaycan teplovizorlarla təchiz edilmiş türk zərbə pilotsuz təyyarələrindən istifadə edirdi. Bu pilotsuz təyyarələr hədəfləri-raket komplekslərini, tankları və digərlərini asanlıqla məhv edirdi. Çünki işləyən mühərrik temperatur verir. Hətta maskalanmış tankı müasir müharibədə gizlədə bilməzsən”,-F.Klintseviç deyib.
 
Keçmiş senator qeyd edib ki, bir tərəfdən də Ermənistan uzun müddət müharibə taktikasını seçə bilmədi. "Suverenlik, çoxqütblülük və müstəqillik oyunu oynayaraq, Qərbin xoşuna gəlməyə və eyni zamanda Rusiyanı istismar etməyə çalışaraq Paşinyan hər iki tərəfin işinə yaramaq istəyir. Lakin iki stulda oturmaq olmaz. Bu oyunların axırı yaxşı heç nə ilə bitmir. Bəli, Paşinyan Rusiyaya qulaq asıb müharibəni dayandırmaqla müdrik addım atdı, lakin o, bundan sonra da Qərblə oyun oynamağa çalışsa nəticəsi onun özü üçün də, Ermənistan üçün də çox ağır olacaq”,-Frants Klintseviç bildirib. (Virtualaz.org)
 
Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın