“Putinin yerinə o gələcək” – Daha bir polkovnik


Vladimir Putinin hakimiyyətdən gedəndən sonra onu əvəz edəcək şəxs haqda iddialar həm Qərb, həm də Rusiya mediasında zaman-zaman gündəmə gələn mövzulardandır.

Prezident seçkilərinə hələ 3 il qalsa da, ötən ilin əvvəllərindən başlayaraq qəbul olunan bir sıra qanunlar, xüsusilə də eks-prezidentlərin və onların ailə üzvülərinin toxunulmazlıq, eks-prezidentlərə Federal Məclisinin ömürlük üzvü olmaq hüquq verilməsi Putinin hakimiyyətdən vaxtından əvvəl gedəcəyi ilə bağlı mövzunu daha da aktuallaşdırıb.

Putini əvəz edə biləcək namizədlər arasında kimlər yoxdur ki? Baş nazir Mixail Mişustin, müdafiə naziri Sergey Şoyqu, Moskva meri Sergey Sobyanin, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin oğlu, indiki kənd təsərrüfatı naziri Dmitri Patruşev, Xarici Kəşfiyyat xidmətinin rəisi Sergey Narışkin və s.

Ötən ay İsveçrə mətbuatı Putinin xələfləri sırasında Tula vilayətinin hazırki qubernatoru Aleksey Dyuminin şanslarından yazıb. Rusiya prezidentinin şəxsi mühafizə xidmətində olmuş Dyumin daha sonra bir sıra vəzifələrdə çalışıb. Qərb analitikləri onun namizdəliyinin həm Rusiya vətəndaşlarının, həm də ölkə elitasının maraqlarına cavab verəcəyini qeyd edir.

Musavat.com xəbər verir ki, tanınmış rusiyalı iqtisadçı Dmitri Potapenko da mümkün varis planı haqda maraqlı versiya irəli sürüb. Məşhur iqtisadçı YouTube kanalında SPETSTV-yə verdiyi müsahibədə Rusiyanın gələcək prezidentinin portret cizgilərini belə təsvir edib: "İndi polkovniklərin (Putinə işarə edir) dövrüdür. Amma 3-4 ildən sonra yeni Yeltsin gələcək. Hazırda həmin şəxsin 45 yaşı var, polkovnikdir və orta vəzifədə işləyir. Belə bir yolla getdiyimiz çox kədərlidir. Deməli, qeyri-demokratlar hələ qarşıdadır”.

Xatırladaq ki, Vladimir Jirinovski bu yaxınlarda bildirib ki, əgər hazırkı prezident Vladimir Putin beşinci dəfə seçilməsə, Kreml prezident seçkisinə 2024-cü ildə məlum olmayan namizəd irəli sürəcək.

Siyasətçi qeyd edib ki, onun əvvəllər Putinin mümkün varisləri adlandırdığı insanlar, sadəcə, ölkənin ali siyasi rəhbərliyinə daxildirlər və onlardan yalnız birinin namizədliyi nəzərdən keçirilə bilər.

“Exo Moskva” radiosunun baş redaktoru Aleksey Venediktov isə mümkün varislər sırasında Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin və Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyevin daha çox şanslı olduğunu deyib.O, Putinin hər iki şəxsi ehtiyatda saxladığını bildirib.“Narışkinin namizəd olmasını sübut edən əsas məqamlardan biri onun tam olaraq tənqiddən kənarda qalmasıdır” deyə, Venediktov fikrini belə əsaslandırıb.

Federasiya Şurasının sədri Valentina Matviyenko, Rusiya Prezidenti Administrasiyasının rəhbəri Anton Vayno, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin də varis siyahısında olan şəxslərdir.

Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Xalq artisti 8 martdan İMTİNA ETDİ - BUNLAR İSƏ... (FOTO)

Xalq artisti 8 martdan İMTİNA ETDİ - BUNLAR İSƏ... (FOTO)

  • 07 mar, 18:00
Xalq artisti 8 martdan İMTİNA ETDİ - BUNLAR İSƏ... (FOTO)
“30 ildi şəhidimiz var, bəs niyə oxuyurlar?“ - Qalmaqal

“30 ildi şəhidimiz var, bəs niyə oxuyurlar?“ - Qalmaqal

  • 06 mar, 20:00
“30 ildi şəhidimiz var, bəs niyə oxuyurlar?“ - Qalmaqal
"Qarnını göstərmə, ayıbdır" - Vüsaləni TƏNQİD ETDİLƏR - FOTO

"Qarnını göstərmə, ayıbdır" - Vüsaləni TƏNQİD ETDİLƏR - FOTO

  • 04 mar, 18:00
"Qarnını göstərmə, ayıbdır" - Vüsaləni TƏNQİD ETDİLƏR - FOTO
Flora Kərimova keçmişindən danışdı: “Deyirdilər ki, 7 əri var“ - VİDEO

Flora Kərimova keçmişindən danışdı: “Deyirdilər ki, 7 əri var“ - VİDEO

  • 16 fev, 23:00
Flora Kərimova keçmişindən danışdı: “Deyirdilər ki, 7 əri var“ - VİDEO
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar