Dəniz quldurları Türkiyə gəmisini ələ keçirdi - Azərbaycanlı öldürüldü

24, 01, 21
18:30

Dəniz quldurları Türkiyə gəmisini ələ keçirdi - Azərbaycanlı öldürüldü


Qvineya körfəzində Türkiyəyə məxsus “Mozart” konteyner gəmisi nigeriyalı dəniz quldurları tərəfindən ələ keçirilib.

Azerbaycanrealligi.com Türkiyə mediasına istinadən xəbər verir ki, gəmiyə daxil olan quldurlar 2-ci mühəndis, azərbaycanlı Fərman İsmayılovu qətlə yetirib, 15 nəfəri isə qaçırıb. 4-cü mühəndis Furkan Yaren, baş mühəndis Süha Tatlıgül və 1 nəfər neftçi isə “Mozart”da buraxılıb. Yaren piratların naviqasiya cihazlarını sökdüyünü və kor-koranə şəkildə gəmini sürdüyünü bildirib.

Gəmiyə basqınla əlaqədar lazımi qurumlara məlumat verilib. Dəniz quldurlarının sövdələşmə üçün gözlədikləri deyilir.

Qeyd edək ki, konteyner gəmisi Cənubi Afrika Respublikasına doğru üzüb.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın