Rusiya generalı Suriyada öldürüldü

19, 08, 20
20:00

Rusiya generalı Suriyada öldürüldü


Rusiya ordusunun generalı Suriyada həlak olub.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Suriyada avtomobil karvanının partladılması nəticəsində Rusiya ordusunun general-mayoru ölüb.
Rusiya MN partlayış zamanı daha iki rus hərbçisinin yaralandığını açıqlayıb.

Hadisə Deyr-ez-Zor yaxınlığında humanitar aksiyadan geri qayıdan zaman baş verib. Əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində partlayış olub.

Adı hələlik açıqlanmayan Rusiya Silahlı Qüvvələrinin general-mayoru hadisə yerindən təcili təxliyə olunub və ona tibbi yardım göstərilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

APA

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın