“Səlahiyyətlərimi təhvil verməyə hazıram” - Lukaşenko

17, 08, 20
23:00

“Səlahiyyətlərimi təhvil verməyə hazıram” - Lukaşenko


“Yeni konstitusiyanın qəbulundan sonra səlahiyyətlərimi təhvil verməyə hazıram”.

Azerbaycanrealligi.com xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Minsk Təkər Traktor Zavodunun (MZKT) işçiləri ilə görüşündə bildirib.

Lukaşenko, həmçinin qeyd edib ki, hazırda ölkə konstitusiyası layihəsi üzərində iş gedir. Dövlət başçısı iki variantı rədd etdiyini söyləyib.

“Bizə yeni bir konstitusiya lazımdır. Mənə iki variant təklif edildi. İndikindən az fərqləndiyi üçün rədd etdim. Üçüncüsü üzərində iş davam edir. Gəlin oturun və bir konstitusiya üzərində işləyin, referenduma təqdim olunsun. Və səlahiyyətlərimi konstitusiyaya uyğun olaraq təhvil verəcəyəm. Amma təzyiq altında və ya küçə etirazları ilə yox”,- deyə Lukaşenko bildirib.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın