sitename

“Paşinyanın cəhənnəmi”ndə “qır qazanı” dərinləşir: Baş nazir başını itirib

Daha “dərin bataqlığa” yuvarlana biləcəyi tamamilə inandırıcı görünən Ermənistanda “total təcrid” rejiminin tətbiqi müzakirə edilməyə başlanıb


Ermənistanda cərəyan edən proseslər hazırda əsas gündəm mövzusuna çevrilib. Belə ki, bu düşmən ölkənin dramı hazırda bütün Cənubi Qafqaz regionunun diqqət mərkəzindədir.

Ancaq bu dramın Ermənistanın “dram” adlanan pul vahidi ilə heç bir əlaqəsi yoxdur. Bu, Ermənistanı təslim alıb, diz çökdürməkdə olan “koronavirusa yoluxma dramı”dır.
Son məlumatlara görə, Ermənistanda əsl fəlakət yaşanır. Vəziyyət o qədər təhlükəli görüntülər alıb ki, hazırda “Ermənistanda nə baş verir” sualı xüsusi aktuallıq daşıyır. Halbuki bu suala heç Ermənistanda da kimsə doğru-düzgün cavab tapa bilmir. Çünki vəziyyət demək olar ki, artıq nəzarətdən çıxmaq üzrədir.

Ölkədəki mövcud vəziyyətlə bağlı ən uyğun bənzətmə isə yəqin ki, baş nazir Nikol Paşinyanın özünə məxsusdur: “Cəhənnəmdə addımlayırıq”. Bu bənzətmə “koronavirus bataqlığı”nda çırpınan bir ölkəni idarə edən hakimiyyət komandasının necə aciz və çıxılmaz duruma düşdüyünü izah edir.

Movcud statistika isə “Paşinyanın cəhənnəmi”ndə “qır qazanı”nın nə qədər dərinləşdiyini göstərir. Ermənistanın əhalisi cəmisi 2 milyon 961 min nəfərdir və artıq rəsmi məlumatlara görə, 18 mindən artıq şəxs virusa yoluxub. 10 milyon 140 min nəfər əhalisi olan Azərbaycandasa, yoluxma sayı Ermənistandan 2 dəfə azdır: 10662 nəfər... Vəfat edənlərin sayı Ermənistanda 302 nəfər, Azərbaycandasa, 126 nəfərdir.

Amma bu statistikada daha bir önəmli paradoksal məqam var. Belə ki, Azərbaycanda indiyə qədər 400 minə yaxın test reallaşdırılıb. Ermənistandasa, testlərin sayı cəmisi 87 mindir. Bu isə olduqca qorxunc fərqdir.

Çünki Ermənistanda da 400 min testin edildiyini düşündükdə, baş nazirin öz ölkəsini niyə “cəhənnəm”lə müqayisə etdiyini anlamaq çətinlik törətmir. Hər halda, 400 min testdən sonra Ermənistanda virusa yoluxanların sayının 100 min nəfərin üzərində ola biləcəyini hesablamaq üçün sadə məntiqə güvənmək yetərlidir.

Təbii ki, bu müqayisənin Azərbaycanın xeyrinə olması o qədər də təəccüblü deyil. Çünki Ermənistandan fərqli olaraq, Azərbaycan təcrübəli və qətiyyətli siyasi hakimiyyət komandası tərəfindən daha doğru idarə edilir. Azərbaycanın maliyyə-iqtisadi resurslarısa, öz dramı (valyuta vahidi) ilə “sosial-iqtisadi dram” yaşayan Ermənistanın imkanlarıyla müqayisəedilməzdir.

Ona görə də Azərbaycan indiyə qədər epidemiya ilə mübarizəyə 3.5 milyard manat xərcləyib. Ermənistan isə bu məqsəd üçün öz büdcəsindən sadəcə, 300 milyon dollar çıxara bilib.
1589647411474_OdRYMDsI.jpeg (55 KB)
Ermənistanın səhiyyə sistemi barədəsə, ümumiyyətlə, danışmağa dəyməz. Çünki Ermənistan (130 xəstəxana, 504 ambulatoriya-poliklinika müəssisəsi, 12153 çarpayı, 13591 həkim, 18649 orta tibb işçisi) bu sahə üzrə də Azərbaycana (570 xəstəxana, 1726 ambulatoriya-poliklinika müəssisəsi, 44 min 45 çarpayı, 31800 həkim, 55,9 min orta tibb işçisi) açıq fərqlə uduzur. Və Ermənistanın səhiyyə sistemi epidemiya ilə mübariz aparmaq üçün hazır olmamaqla yanaşı, yetərli təchizat resurslarına da malik deyil.

Ermənistan mətbuatının xəbərinə görə, Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan facebook səhifəsində yazıb ki, ölkədə koronavirusa yoluxmanı test etmək üçün istifadə olunan test çubuqları çatışmır. Epidemiyanın sürətlə yayıldığı bu mərhələdə ən sadə tibbi ləvazimatlardan biri olan test çubuqlarının olmaması diqqətə alınarsa, xəstəliyə qarşi daha səmərəli mübarizə aparmaq üçün müasir tibbi avadanlıqlarla bağlı vəziyyəti təsəvvür etmək çətin deyil.

Hazırda Ermənistanda yaranmış dramatik situasiyanın, xüsusilə də virus ucbatından ölüm hallarının (300 nəfərdən çox) məsuliyyəti vaxtında ciddi tədbirlər almadığı üçün birbaşa baş nazir N.Paşinyanın üzərinə qoyulur. Ölkədə epidemiyanın tüğyan etdiyi son günlərdə yerli mətbuat məhz baş nazir N.Paşinyanı əsas hədəf olaraq seçib və onun məsuliyyət daşıdığı vurğulanır.
unnamed.jpg (36 KB)
Yerli ekspertlər əmindirlər ki, epidemiyanın ilk dövründə N.Paşinyanın təhlükəyə qeyri-ciddi münasibəti indiki dramatik vəziyyətin əsas səbəbidir. Çünki mart-aprel aylarında region ölkələri epidemiyaya qarşı tədbirlər alarkən, N.Paşinyanın başı öz siyasi rəqibi, Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanı sıradan çıxartmağa qarışmışdı.

Eyni zamanda, təhlükə barədə bütün xəbərdarlıqları qulaqardına vuran N.Paşinyan epidemiya ilə mübarizəni təşkil etmək əvəzinə “Koronavirus kimin itidir?”, “Maska taxmağa qətiyyən ehtiyac yoxdur” kimi məsuliyyətsiz açıqlamalar verirdi. May ayının ortalarından isə hökumət inşaat sektorunun, bəzi iaşə və ticarət obyektlərinin işləməsinə icazə vermişdi.

Bəzi ekspertlərin ehtimallarına görə, belə davam edərsə, N.Paşinyan siyasi məsuliyyəti birbaşa baş nazirin müavini Tiqran Avinyanın və səhiyyə naziri Arsen Torosyanın üzərinə yükləməyə çalışa bilər. Və özünün günahsızlığına Ermənistan əhalisini inandıra bilib-bilməyəcəyi isə artıq tamamilə fərqli mövzudur.
photo_419412.jpg (41 KB)

Ermənistanın sabiq baş naziri Hrant Baqratyan:

“Mən Əliyevin yerində olsam, 3-4 aydan sonra Ermənistana və Qarabağa hücum edərəm...”


Ermənistanın epidemiya dövründə düşdüyü acınacaqlı vəziyyət bu düşmən ölkənin siyasətçiləri tərəfindən də kifayət qədər ciddi arqumentlərlə etiraf edilməkdədir. 1993-1996-cı illərdə baş nazir olmuş Hrant Baqratyan yerli telekanallardan birinə müsahibəsində deyib ki, mövcud situasiya Azərbaycanın hərbi üstünlüyünü daha da qabardır: “Mən Əliyevin yerində olsam, 3-4 aydan sonra Ermənistana və Qarabağa hücum edərəm...”

H.Baqratyan koronavirus ucbatından ölkənin zəiflədiyini, bu səbəblə də Azərbaycanın sadəcə, Qarabağa deyil, Ermənistana da hücum edə biləcəyini vurğulayıb.

Hazırda Ermənistanda əsas narahatlıq iqtisadiyyatın iflas həddinə yaxınlaşması ilə bağlıdır. Erməni iqtisadçıları epidemiya ucbatından tətbiq edilən məhdudiyyətlərin ölkə iqtisadiyyatını iflic vəziyyətinə salmaq üzrə olduğunu vurğulayırlar.
yeg1.jpg (9 KB)
Məsələn, Ermənistanın sabiq iqtisadiyyat naziri Armen Yeqizaryan hesab edir ki, yenidən 14 günlük karantin elan edilərsə, ölkə iqtisadiyyatı 700 milyon dollar itirəcək. Bu haldasa, iqtisadiyyatın yenidən canlanması ciddi problemə çevriləcək.

Onun fikrincə, artıq ölkədə koronavirusa yoluxanların sayı o qədər artıb ki, alınan karantin tədbirləri belə, ümidverici nəticə vəd etmir. Son aylarda hökumətin tətbiq etdiyi anti-böhran proqramı isə maliyyə cəhətdən yetərli deyil və vətəndaşların sosial-iqtisadi problemlərini həll etmir.

Keçmiş nazirin dediyinə görə, ölkə hər gün təxminən 51 milyon dollar zərərə uğrayır və bu, Ermənistan kimi kiçik bir dövlət üçün olduqca təhlükəli rəqəmdir. Yenidən iki həftəlik karantin tətbiq olunarsa və epidemiyanın qarşısı alınmazsa, ölkənin zərəri ikiyə qatlanaraq, 1 milyard 400 milyon dollara çatacaq.

Baş nazir N.Paşinyan da epidemiya ilə bağlı vəziyyətin böhranlı həddə çatdığını etiraf etmək məcburiyyətində qalıb. Belə ki, o, ölkədə virusun simptomlarını gizli daşıyan minlərlə şəxsin olduğunu və onların digərlərini yoluxduracağı təqdirdə, xəstələrin sayının kəskin şəkildə artacağını vurğulayıb.

Baş nazir qeyd edib ki, yoluxma halları artdıqca səhiyyə sistemi bunun öhdəsindən gələ bilməyəcək və xüsusilə də ağır vəziyyətdə olan xəstələrin sağlamlığı təhlükə ilə qarşılaşacaq, xəstəxanalarda yer olmayacaq. Epidemiyanın nəzarətdən çıxacağı təqdirdəsə, ölkədə “total təcrid” rejimi elan oluna bilər.

Hökumətin epidemiyaya qarşı tədbirlər gördüyünü vurğulayan baş nazirin fikrincə, əldə onunan nəticə “qaş düzəltmək əvəzinə, vurub gözün də çıxarılması”na bənzəyir. Çünki vətəndaşların sağlamlığını qorumaq üçün karantin rejiminin gücləndirilməsinə paralel olaraq, onların sosial-iqtisadi problemləri də artır, dövlət ciddi maliyyə itkilərinə məruz qalır.

Göründüyü kimi, Paşinyan hökuməti Ermənistanı düşdüyü dramatik vəziyyətdən çıxarmaq üçün çarə axtarmaqda belə, çətinlik çəkir. Belə vəziyyətdə Ermənistanın daha “dərin bataqlığa” yuvarlana biləcəyi tamamilə inandırıcı görünür.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert 
13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)

Azerbaycanrealligi.com 








Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Röya Əsmər nənəyə ev tikdirəcək

Röya Əsmər nənəyə ev tikdirəcək

  • 01 yan, 12:44
  • 667
Röya Əsmər nənəyə ev tikdirəcək
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

  • 25 iyn, 11:38
  • 1 486
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

  • 10 iyn, 12:21
  • 4 196
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva 
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

  • 03 iyn, 10:38
  • 1 096
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar