TƏCİLİ: Almaniya kansleri Angela Merkel karantinə alındı

23, 03, 20
11:51

TƏCİLİ: Almaniya kansleri Angela Merkel karantinə alındı

Merkel karantinə alındı
Azerbaycanrealligi.com-un “TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə kanslerin mətbuat katibi Şteffen Zaybert məlumat verib.

Onun sözlərinə görə, martın 20-də pnevmaniya infeksiyası ilə bağlı Merkelə peyvənd edən həkim koronavirusa yoluxub. Bu səbəbdən siyasətçi karantinə götürülüb və distant iş rejiminə keçib.

Qeyd edək ki, bu gün Merkel Berlində koronavirus pandemiyası ilə bağlı çıxış edib. Kansler koronavirusun yayılması fonunda sosial əlaqələrdən imtina edən hər kəsə təşəkkür edib.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın