Türk ordusunun vurduğu təyyarələr Moskvanı göz yaşlarına boğdu... – “Yox, bu ola bilməz”

03, 03, 20
20:04

Türk ordusunun vurduğu təyyarələr Moskvanı göz yaşlarına boğdu... – “Yox, bu ola bilməz”

Xəbər verdiyimiz kimi, türk ordusu Bəşər Əsəd rejiminə məxsus 2 Su-24 tipli qırıcı təyyarəni məhv edib.


Azerbaycanrealligi.com xəbər verir ki, Türkiyənin Suriyada həyata keçirdiyi geniş anti-terror əməliyaytları zamanı əldə edilən bu uğur Moskvada əsl faciə kimi qarşılanıb. Nə qədər qəribə olsa da, vurulan təyyarələrin Suriyaya məxsus olduğuna baxmayaraq, bundan Rusiya tərəfi Əsəd rejimindən daha çox məyusluq duyur.


Su-24 təyyarələrinin məhvi ilə bağlı Rusiyanın davranışlarıdna diqqət çkən məqamlardan biri də Kremlin heç cür baş verənlərə inana bilməməsidir. Belə ki, Türkiyənin bununla bağlı rəsmi məlumat və təkzibedilməz faktlar ortaya qoymasına baxmayaraq, Rusiyanın Müdafiə Nazirliyi bu məlumatı təkzib edib.


Görünür, Əsəd rejiminə verdiyi bunca dəstəyə rəğmən, Suriya ordusunun türk hərbçiləri qarşısında davam gətirə bilməməsi, canlı qüvvə ilə yanaşı, həm də çoxsaylı hərbi texnika və döyüş təyyarəsi itirməsini qəbul etmək Moskva üçün o qədər də asan deyil. Suriya ordusunun bu məğlubiyyətinin dolayısı ilə Rusiyanın məğlubiyyəti olduğunu dərk edən Moskva, türk əsgərlərinin uğurlarının miqyasını azaltmağa, bu uğurlara kölgə salmağa, bununla da dünya ictimaiyyətini Suriyada hələ də əsas söz sahibi olduğuna inandırmağa çalışır. Halbuki, türk ordusunun qəriyyətli zərbələri göstərir ki, bu gün Suriyada əsas söz sahibi Türkiyədir və hər hansı dövlətin onun iradəsinə zidd olaraq bu ölkədə uğur qazanması mümkün deyil.


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın