İngiltərənin “Qardian” nəşri: “Ərdoğanı qovun!”

23, 06, 18
15:14

İngiltərənin “Qardian” nəşri: “Ərdoğanı qovun!”

İngiltərənin “Qardian” nəşri: “Ərdoğanı qovun!”

İngiltərənin “Qardian” nəşri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan barəsində tənqidi məqalə yayımlayıb.
Teleqraf.com xəbər verir ki, məqalənin müəllifi Simon Tisdall Türkiyə lideri barəsində “15 il öncə hakimiyyətə gələn Ərdoğan məhəlli avtoritetdən çıxaraq geostrateji təhdidə çevrilib”, - deyə vurğulayıb.
Daha sonra məqalədə deyilir: “Ərdoğanın düşüncəsiz və kinli rəhbərliyi dövründə Türkiyə Avropa və ABŞ-ın etibarlı dostu olmaqdan uzaqlaşdı. Bu bazar günü baş tutacaq seçkidə Ərdoğan yenidən seçilərsə, adı qoyulmamış bir diktator olaraq Suriya və bütün Orta Şərqdə daha çox qeyri-sabitliyə yol açacaq.
Gözləniləndən daha böyük müxalifətlə qarşılaşması onun ikinci turda yarışmaq məcburiyyətində qalacağına işarədir. Eyni zamanda 2002-ci ildən bəri hakimiyyətdə olan, səriştəsiz iqtisadi idarəetmə və korrupsiyada günahlandırılan neo-islamçı AKP partiyası da parlamentdəki çoxluğunu itirə bilər.
Ərdoğanın prezident sarayını tərk edə biləcəyini ehtimal edənlərin sayı çox deyil. 2016-cı ildəki dövlət çevrilişi cəhdindən sonra insan haqlarının pozulması, müstəqil media, o cümlədən Türkiyədəki dünyəvi demokratik təsisatları heçə saymasına baxmayaraq keçmiş İstanbul Bələdiyyə sədri hələ də güclüdür.
Rusiya lideri Putinlə hərbi yaxınlaşması, qaçqınlar və Aİ üzvlüyü ilə əlaqədar Avropa ölkələri yaşanan gərginlik Ərdoğanın yenidən 5 il prezident olacağı halda artan istiqamətdə davam edəcək. Türkiyə seçicilərinin yalnız özləri qarşısında yox, dünya qarşısında da məsuliyyəti var. Onu qovun”.
Qeyd edək ki, iyunun 24-də Türkiyə Prezident və parlament seçkiləri keçiriləcək.

Bizimlə əlaqə saxlayın