Bu gündən yeni dönəm başlayır: Köhnə komanda qaçır, evlər satışa çıxarılır, yeni prezident isə telefonla özünə işçi axtarır

01, 05, 19
19:55

Bu gündən yeni dönəm başlayır: Köhnə komanda qaçır, evlər satışa çıxarılır, yeni prezident isə telefonla özünə işçi axtarır

Bu gündÉn yeni dönÉm baÅlayır: <span style=color:#e74c3c>KöhnÉ komanda qaçır, evlÉr satıÅa çıxarılır, yeni prezident isÉ telefonla özünÉ iÅçi axtarır</span>
Ukrayna Mərkəzi Seçki Komissiyası rəsmən yeni prezidentin adını elan edib.
Cebhe.info xəbər verir ki, proses qanunun imkan verdiyi son günə qədər ləngiyib. Heç bir sensasiya baş verməyib və Vladimir Zelenski prezident elan olunub. Artıq Zelenski yeni administrasiya toplamağa başlayıb. Ancaq bunun üçün ənənəvi üsullardan yox, elandan istifadə edir.

Azerbaycanrealligi.com yerli mətbuata istinadən bildirir ki, Poroşenko ona zəng edib və keçmiş rəqibinə sülh təklifi edib. Ancaq Poroşenkonun tərəfdaşları və hətta komandasında təmsil olunanlar əmlaklarını satmağa başlayıblar. Bununla yanaşı artıq yeni hakimiyyətlə dil tapmağa cəhdlər də var.

Zelenski xalqa müraciətində özünü mobil telefonu ilə çəkib. Bildirib ki, yeni administrasiyada işə qəbul üçün elan verir.

“Sən minimum 3 dil bilirsən? Sənin jurnalistika və ya ictimai sferada iş təcrübən var? 7 gün 24 saat işləməyə hazırsan? O zaman bu videoya ilk şərhdə özün barədə yaz”, - deyə prezindent çağırış edib.
İndi əsas maraq doğuran məsələlərdən biri də prezident çıxışlarının məşhur müəlliflərinin Zelenskiyə kömək edib-etməyəcəyidir.

İslahatlara nə zaman başlanacağı da məlum deyil. Çünki hələ də Ali Radanın böyük hissəsi Poroşenko tərəfdarlarından, yəni köhnə komandadan ibarətdir. Onlar istənilən qanunu bloklaya bilərlər. Ancaq qanunvericiliyə görə, parlament buraxıla bilər və bunun üçün 27 maya qədər möhlət var. Prezident andiçmədən sonra bunu edə bilər. Qanunvericilik buna imkan verir.

Maraqlı məqamlardan biri də köhnə komandanın yeni davranışlarıdır. Məsələn, artıq deputat Lyaşko İsraildə üzə çıxıb. Üstəlik “qaçaq” oliqarx Kolomoyskinin yaşadığı şəhərdə. Zelenskinin prezident seçkisindəki ən böyük dəstəkçisinin də məhz Kolomoyski olduğu deyilir.
Məlumata görə, Poroşenkonun komandasında təmsil olunan və ya onu dəstəkləyən siyasətçilər yaxın zamanda Ukraynanı tərk etməyə başlayacaqlar. Bu iddianı isə sabiq deputat Aleksandr Onişenko səsləndirib.

“Baş prokuror Yuri Luçenko bağını satışa çıxarıb. Yaxın zamanda Ukraynanı tərk etməyə hazırlaşır. Buna görə də əmlaklarından xilas olmaq istəyir ki, onlara həbs qoyulmasın", - deyə Onişenko yazıb.


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın