Bu qış Avropada çox isti olacaq: Parisdə sarı jiletlilərin üsyanında saxlanılanların sayı 1700-ü ötdü

09, 12, 18
15:46

Bu qış Avropada çox isti olacaq: Parisdə sarı jiletlilərin üsyanında saxlanılanların sayı 1700-ü ötdü


Fransada "sarı jiletlilər"in şənbə günü keçirdiyi etiraz aksiyasında saxlanılanların sayı 1726 nəfərə çatıb.
Azerbaycanrealligi.com TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Kristofer Kastaner bildirib.
O, bildirib ki, aksiyanın 1220 iştirakçısı həbs edilib. Polisin saxladığı aksiyaçıların böyük hissəsi Parisin payına düşür. Rəsmi açılqmaya görə, burada 1150 nəfər saxlanılıb. Onlardan 619 nəfəri həbs edilib.
Saxlanılanların çoxunda silah aşkarlanıb. Lakin onların vəkilləri bildirib ki, müdafiə etdikləri şəxslər baş verənlərə qəti şəkildə etirazlarını bildirmək istəyiblər, onlar zorakılıqdan istifadə etməyiblər.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın