sitename

Ermənistan tam tənəzzülə gedir - düşmən ölkə inqilabdan sonra dilənir

İanə toplanışı üçün telemarafonlar onu xilas etməyəcək;  sabiq erməni baş nazirindən SOS: “2019-cu ilin birinci yarısında tam iqtisadi çöküş ola bilər”; İrandakı erməni katolikos: “İranla sərhədimiz bağlanarsa...”

Ermənistan nəşrləri gələn il yanvarın 1-dən bir sıra malların bahalaşacağı haqda anons edib. Onların arasında gündəlik tələbat malları da var. Əgər yeni ildən Rusiya işğalçı ölkəyə satdığı təbii qazı da bahalaşdırsa, o zaman düşmən məmləkətdə mal və xidmətlərin bahalaşmasının daha böyük dalğasının şahidi ola bilərik.
“Yeni Müsavat” xatırladır ki, Rusiya Ermənistanın əsas qaz təchizatçısı, faktiki, bu sahədə monopolistdır. Lakin Ermənistan yeganə ölkədir ki, qazı ona illərdir ən aşağı qiymətə - min kub metr üçün 150 dollara satır.  Bu ilin sonunda isə “Qazpron”la müqavilənin müddəti bitir. Şimaldan edilən eyhamlara görə, təzə müqavilədə qiymət artıq köhnə səviyyədə qalmaya bilər. Belə məlumatlar var ki, Moskva qərbyönlü Paşinyan hökumətini öncə bu yolla bir azca sıxmağı planlaşdırır.
Söz düşmüşkən, Ermənistan hökuməti bu yaxınlarda “Qazprom”un törəmə şirkəti olan “Qazprom-Ermənistan”a qarşı korrupsiya, böyük məbləğdə vergidən yayınma ittihamı irəli sürüb. Şirkət isə ittihamları rədd edib. Bəzi analitiklərə görə, bu, İrəvanın yeni müqavilə ərəfəsində Moskvanı şantaj cəhdidir. Lakin belə şantajın əks-effekt verəcəyini düşünənlər də var.

Lakin əsas enerji daşıyıcılarından olan təbii qa bahalaşsa da-bahalaşmasa da, Ermənistanda iqtisadi tənəzzül dərinləşməkdə davam edir. Bunu indi həm də tanınmış erməni iqtisadçıları deyir. Belə görünür, məxməri inqilab da bu prosesi artıq dayandırmaq gücündə deyil. Olması gözlənilmir də. Yeni hökumət sələfləri kimi heç cür böyük xarici sərmayələri ölkəyə cəlb edə bilmir. Ona görə ki, Ermənistanın düşdüyü dərin iqtisadi-siyasi böhranın, blokada rejiminin baş səbəbi oradakı idarəçiliyin xarakteri ilə deyil, iki əsas qonşu - Azərbaycan və Türkiyə ilə sərhədlərinin qapalı qalması, ikitərəfli əlaqələrin yoxluğu ilə bağlıdır.
“Az öncə proqnoz elədiyim kimi, ölkədə iqtisadi artım tempi hər ay 6% azalmaqda davam edir”. “Yeni Müsavat”ın nes.am-a istinadən verdiyi xəbərə görə, bu barədə özünün facebook səhifəsində Ermənistanın keçmiş baş naziri, iqtisadçı Qarant Baqratyan yazıb.
“Halbuki ”məxməri inqilab" Karen Kapapetyandan (Paşinyandan öncəki baş nazir - “YM”) ölkəni 9,7%-lik göstərici ilə təhvil alıb. İlin sonuna kimi inkişaf tempi düşməkdə davam edəcək. Mümkündür ki, 2019-cu ilin birinci yarısında tam çöküş olsun", - deyə eks-baş nazir xəbərdarlıq edib. “Çöküş keçirən iqtisadiyyat və geri çəkilən ordudan pis nə ola bilər ki. Bu, sadəcə, xəbərdarlıqdır... Pripiskanı bizdən sonra uydurarsınız”, - deyə o, hökuməti həm də yalan göstəricilərlə əhalini aldatmaqda ittiham edib.  

Bu arada Ermənistan və Qarabağdakı separatçı rejim üçün xaricdən ianə toplanışı, “xeyriyyə telemarafonları” davam edir. “Məxməri inqilab” yaşayan Ermənistan da beləcə dilənir, xaricdəkilərin, varlı erməni lobbisinin əlinə baxır. Parisin ardınca ABŞ-ın Los-Anceles şəhərində bir neçə gün öncə start götürmüş “Ayastan” ümumerməni fondunun xeyriyyə telemarofonuna dünən Nikol Paşinyan da qatılıb. Paşinyan fonda 1.5 milyon dram köçürüb. Eyni zamanda soydaşlarını fəal olmağa çağırıb.
Bütün bunlar əlbəttə ki, Ermənistanın və işğal altındakı Dağlıq Qarabağın iqtisadi xilası üçün yetərli ola bilməz. Öncə yerli iqtisadiyyat ayaq üstə qoyulmalıdır. Bundan ötrü isə deyildiyi kimi, birinci növbədə Azərbaycan və Türkiyə ilə münasibətlər qaydaya salınmalı, sərhədlər, nəqliyyat arteriyaları və kommunikasiyalar, dünya okeanına çıxış açılmalıdır.
Üstəlik, ABŞ-ın Rusiya və İran əleyhinə sanksiyaları sərtləşdirməsi Ermənistanın onsuz da ağır olan iqtisadi durumunu daha da ağırlaşdırmaqdadır. Bu yaxınlarda hətta N.Paşinyan parlamentdəki çıxışı zamanı Amerikanın təzyiqi ilə İranla sərhədin de-fakto, bağlana biləcəyini istisna etməmişdi. İranla əlaqələr isə işğalçı ölkə üçün “nəfəslik” rolundadır.

Yeri gəlmişkən, Tehrandakı erməni kilsəsinin başçısı, arxiyepiskop Sepux Sarkisyan bildirib ki, əgər İranla sərhəd bağlansa, bundan yalnız Ermənistan ziyan çəkəcək (Report). “İran güclü dövlətdir. O bütün təzyiqlərə müqavimət göstərəcək. Tehranla münasibətlərin korlanmasından yalnız Ermənistan əziyyət çəkəcək”.
*****
İnqilabdan sonra işğalçı ölkənin iqtisadi durumunu ağırlaşdıran digər səbəb İrəvanın Rusiya başda olmaqla KTMT üzrə formal müttəfiqlərinə qarşı şantaj siyasəti aparmasıdır. Son günlər bu, özünü xüsusilə Belarus və Qazaxıstana münasibətdə xüsusilə göstərməkdədir. Siyasi təhlilçilər isə bu prosesin sonunun da İrəvana yaxşı heç nə vəd etmədiyi barədə xəbərdarlıq edirlər.

O sırada gürcü politoloq Vladimir Çxvedianinin maraqlı şərhi var. Politoloq axar.az-a deyib: “İrəvanın KTMT üzvləri ilə qarşıdurması proqnozlaşdırılan kimi başa çatacaq - Ermənistan kvotası ilə yanaşı, bu təşkilata üzvlüyünü də itirəcək. Onun KTMT-dan çıxması artıq həll olunmuş məsələdir. Paşinyan, sadəcə, ”qapını bərk çırpmaq" və hər şeydə Rusiyanı günahkar çıxarmaq istəyir". Ekspertin fikrincə, hərbi-siyasi blokdan çıxması Ermənistanın müdafiə qabiliyyətinə və əsas ticarət-siyasi tərəfdaşlarının gözündəki imicinə ciddi zərbə vuracaq: “Bu, Ermənistana heç nə verməyəcək”.

Çxvediani həmçinin Ermənistanda Rusiya əleyhinə əhval-ruhiyyənin yüksəlməsinin Bakı ilə hərbi-texniki sahədə yaxın əməkdaşlıqdan daha dərin səbəbləri olduğunu düşünür. “Erməniləri millətçilikləri və ruslarla gürcülərə qarşı nifrətləri birləşdirir. Onlarda dini zəmində nifrət var. Erməni millətçiliyi 5-ci əsrdən etibarən pravoslavlığa düşmən olan erməni kilsəsinin ibadətindəki dini köklərə malikdir. Bu inanca ruslar və gürcülər etiqad edir. Pravoslavlar Qərbə nifrət edir - bu isə təbii olaraq ermənilərlə Qərbi müttəfiqə çevirir. Ermənilər Rusiya və Gürcüstanın məhz din düşmənləridir. Onlar öz maraqları naminə bu ölkələrdən istifadə edə bilərlər, ancaq heç vaxt yaxşılıq etməzlər” - Çxvediani bildirib.

O qeyd edib ki, hələ xristianlığın formalaşma dövründə erməni etiqad qaydaları lənətlənib. “Buna görə ermənilər ruslara və gürcülərə nifrət edirlər ki, necə olur, bizim kimi ”böyük", “qədim” və “mədəni” xristianlara hər kəs tərəfindən xor baxılır, ancaq bu “tənbəl”, avara, vəhşi və düzgün xristian olmayan rus və gürcülər hər şeyə sahib olur?" - gürcü ekspert öz fikrini tamamlayıb.
Əlavə edək ki, Ermənistanın qonşu və xristian Gürcüstana qarşı ərazi iddiası ilə yanaşı, kilsə iddiası da var...

Azerbaycanrealligi.com





Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

  • 25 iyn, 11:38
  • 776
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

  • 10 iyn, 12:21
  • 3 368
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva 
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

  • 03 iyn, 10:38
  • 498
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

  • 16 apr, 18:14
  • 905
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar