Azərbaycanın anti-işğal taktikası - ABŞ Bakını torpaqları qaytarmağa sövq edir

20, 10, 18
09:36

Azərbaycanın anti-işğal taktikası - ABŞ Bakını torpaqları qaytarmağa sövq edir

Müdafiə naziri Zakir Həsənovun Çexiya səfəri düşmən tərəfdə təlaşı artırıb; Azərbaycan öz hərbi potensialını Avropa Birliyi ölkələri hesabına da gücləndirir - hədəf...

“Sülh istəyirsənsə, müharibəyə hazır ol”. Bu yazılmamış qanun ərazisini 20 faizi 24 ildir Ermənistanın işğalı altında olan Azərbaycan üçün xüsusi önəm kəsb edir. Belə demək mümkündürsə, ölkəmizin hərbi doktrinasının qayəsində elə bu formul durur.

Taktiki baxımdan isə Bakı tam doğru olaraq, öz hərbi qüvvələrinin silahlanması üçün şaxələnmiş siyasət aparır, bütün “yumurtaları eyni səbətə” qoymamaq taktikasına üstünlük verir. Silah tədarükünü bir neçə ölkə - Rusiya, İsrail, Türkiyə, Pakistan, Çin, Belarus, bəzi Avropa ölkələri hesabına həyata keçirir, eyni zamanda, özünün Milli Sənaye Kompleksini durmadan inkişaf etdirir. Bakıda 4 ay ərzində keçirilən iki möhtəşəm parad bu mənada düşmən üzərində üstün hərbi qüdrətimizi əyani surətdə nümayiş etdirdi.
*****
Ən əsası, bu da son göstəricilər deyil. Dünyanın 50 ən güclü orduları sırasında yer alan, Güney Qafqazda ən böyük silahlı qüvvələr sayılan ordumuzu daha müasir silah-sursat və döyüş maşınları ilə təchiz eləmək üçün Azərbaycanın boşalmaqda olan Ermənistandan fərqli olaraq, maliyyə-iqtisadi potensialı yetərincə böyükdür və ilbəil artır. Bu isə həm yeni-yeni silahlar almaq, həm də yerli hərbi sənayeni inkişaf etdirmək üçün imkanlar açır. 
Yeri gəlmişkən, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Çexiya Respublikasına davam edən işgüzar səfəri işğalçı Ermənistanda təlaş yaradıb. Xəbər verildiyi kimi, nazir Praqadakı hərbi sənaye sərgisinə qatılıb, Çex həmkarı və ölkənin hərbi-sənaye kompleksinin bir sıra nümayəndələri ilə görüşüb. Dünən isə Azərbaycanın hərb naziri Çexiyanın iri sənaye holdinqi - “Czechoslovak Group”un rəhbərliyi ilə bir araya gəlib.
Zakir HÉsÉnov Ãexiya Respublikasına ile ilgili görsel sonucu
Musavat.com Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, holdinqə daxil olan müdafiə sənayesi şirkətlərinin fəaliyyəti və onların istehsal etdikləri məhsullar barədə brifinqlər təqdim edilib.
*****
Düşmən tərəfi əndişələndirən də Bakının Avropa Birliyinə (AB) üzv ölkələri ilə hərbi-texniki sahədə əməkdaşlığı gücləndirməyə üz tutmasıdır. Hərbi əlaqələr isə siyasi-diplomatik, iqtisadi əlaqələrə də müsbət təsir göstərən, ikitərəfli etimadı gücləndirən amil hesab olunur.
Təsadüfi deyil ki, dünən İrəvanda Çexiyanın səfiri Pyotr Mikiska bu xüsusda Zakir Həsənovun Çexiyaya səfəri kontekstində erməni jurnalistlərin xoşagəlməz sualları ilə üzləşib. Məsələn, diplomata sual verilib ki, Çexiya istehsalı olan silahlar yenidən Azərbaycan ordusunda peyda olmayacaq ki?
“Yeni Müsavat”ın aravot.am-a istinadən verdiyi məlumata görə, cavabında səfir diplomatikcəsinə, erməniləri məyus edəcək tərzdə deyib: “Bütün bunlar təbii proseslərdir. Ermənistanın müdafiə naziri də Çexiya Respublikasına baş çəkib və hərbi-sənaye kompleksinin təmsilçiləri ilə görüşüb. Bütün bunlar o demək deyil ki, silah satışı gündəmdə olsun”.
Ancaq kasıb, iqtisadiyyatı sovetdən qalma rüşeym halında olan Ermənistan bazar qiymətlərinə Çexiyadan və ya başqa dövlətdən müasir silahlar əldə eləmək imkanına malik deyil. Yalnız müttəfiq Rusiya bəlli səbəblərdən Ermənistana güzəştlər tanıyıb və iki dəfə İrəvana silah krediti ayırıb.
Zakir HÉsÉnov Ãexiya Respublikasına ile ilgili görsel sonucu
Bu yerdə xatırladaq ki, təxminın bir il öncə Azərbaycanda Çex istehsalı olan “DANA” özüyeriyən raket sistemləri peyda olmuş, bundan da İrəvan bərk təşvişə düşmüşdü. “Elə isə ”insident" təkrarlanmayacaq ki?" Səfirdən bu məsələ barədə də soruşulub. O, isə erməniləri başından edərək deyib: “Həmin silahlar bilavasitə Çex Respublikası tərəfindən deyil, Slovakiya vasitəsilə satılıb”.
Ancaq Slovakiya da Avropa Birliyi ölkəsidir. Bundan əlavə, Bakı AB-nin aparıcı dövlətlərində olan Fransa ilə də tezliklə hərbi əməkdaşlıq sazişi imzalamağa hazırlaşır. Artiq hərbi katerlərlə bağlı tərəflər sentyabrda Bakıda keçirilən ADEX-2018 Beynəlxalq Müdafiə Sənayesi sərgisi çərçivəsində ilkin anlaşma da əldə edib. Özü də həmin gəmilər Bakıda istehsal olunacaq.
*****
Bu arada ABŞ-ın Ermənistandakı səfiri Riçard Millzin Qarabağ açıqlamasına, konkret olaraq “İşğal altındakı torpaqlar qaytarılmayınca problem həll olunmayacaq” bəyanatına Rusiyadan da şərhlər gəlməkdədir - həm də anti-Amerika kontekstində, destruktiv ovqatda.
“Səlahiyyəti bitməkdə olan ABŞ səfirinin bəyanatı açıq-aşkar Dağlıq Qarabağ konfliktini yerindən oynatmağa xidmət edir”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri EADaily-nin əməkdaşı ilə söhbətdə rusiyalı politoloq Aleksey Martınov deyib.
karabakh Osce ile ilgili görsel sonucu
Ermənilərə qahmar çıxan rusiyalı politoloqa görə, səfir bununla faktiki surətdə Azərbaycanı öz ərazilərini müharibə yolu ilə azad etməyə səsləyib. “Diqqət edin, Amerika səfiri birbaşa bəyan edir ki, erməni tərəfi sülh əvəzinə işğal etdiyi torpaqları Azərbaycana qaytarmalıdır. Diplomat iddia edir ki, onun hökumətində, yəni ABŞ hökumətində belə bir anlayış var ki, ermənilər müharibə zamanı Azərbaycan ərazilərini ona görə tutublar ki, sonradan onu ”sülh qarşılığında torpaq" formulu üzrə dəyisinlər. Həqiqətın də İrəvan Bakı ilə Dağlıq Qarabağ ətrafındakı 7 rayonla bağlı danışıqları mümkün sayıb, ancaq söhbət “torpaq əvəzinə status” formulundan gedirdi", - deyə o qeyd edib.
Göründüyü kimi, ABŞ-dan fərqli olaraq, Rusiyada konfliktin dinc həllinə maraq güclü deyil, əgər ümumiyyətlə, belə bir maraq varsa. Kremlin vassalı və işğal ortağı Ermənistan isə hətta bircə erməninin yaşamadığı ətraf 7 rayonu geri qaytarmağı mümkün saymırsa, o zaman Azərbaycanın hərbdən başqa hansı yolu qalır ki?
Bu mənada səfir Millz məlum bəyanatı ilə həm də erməniləri müharibə barədə xəbərdar edib.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın