Bakı Fransanı Ermənistanın yanından uzaqlaşdıra bilər

05, 10, 18
10:02

Bakı Fransanı Ermənistanın yanından uzaqlaşdıra bilər

Makronun Bakı səfərində dönüş nöqtəsi; Azərbaycana silah embarqosu götürülür; politoloq: “Qərb ölkələri Azərbaycanla hərbi əməkdaşlıq siyasətini yenidən nəzərdən keçirmək istəyir...”

Gələn həftə Fransa prezidenti Emmanuel Makron ölkəmizə rəsmi səfərə gələcək. Bu, onun prezident qismində bölgəyə ilk ziyarəti olacaq. Doğrudur, Makron Azərbaycana Ermənistandan təşrif buyuracaq. Lakin bu, onun Bakı səfərinin önəmini azaltmır.
Ən azı ona görə ki, Rusiyanın satelliti və forpostu olan, dünya okeanına çıxışdan məhrum, acından ölən işğalçı ölkədən fərqli olaraq, varlı-imkanlı Azərbaycan müstəqil, balanslı siyasət yürüdür və Fransa ilə iqtisadi-ticari və başqa xarakterli əməkdaşlığa daima açıqdır. Avropanın Rusiyaya qarşı enerji təhlükəsizliyində də ölkəmizin rolu artmaqdadır.               Düzdür, Fransada ermənilərin ən güclü lobbilərindən biri fəaliyyət göstərir. Ancaq Azərbaycan da yerində saymır. Avropa Birliyinin, “Köhnə qitə”nin bu mühüm, aparıcı dövləti ilə əlaqələri ən müxtəlif sahələr üzrə ilbəil genişləndirməyə çalışır. Diqqətə layiqdir ki, onların arasında artıq hərbi-texniki əməkdaşlıq sahəsi də var.
*****
“Yeni Müsavat ” xatırladır ki, ötən ay Bakıda keçirilmiş növbəti “ADEX-2018” Beynəlxalq Müdafiə Sərgisində ilk dəfə olaraq, Avropa Birliyinin aparıcı dövlətlərindən biri - Fransa iki şirkətlə təmsil olunub: hərbi-dəniz müdafiəsi sahəsində Avropa lideri olan “Naval Group” (əsasən sualtı qayıqlar və gəmilər inşa edir) və “Thales” şirkəti. Sonuncu hava hərəkətinin idarə olunması, hava müşahidə sistemləri, zirehli maşınlar, təlim və simulyasiya üzrə məhsul və xidmətlərini təqdim eləmişdi.
Sərginin keçirildiyi günlərdə o da məlum olmuşdu ki, Azərbaycanla Fransa hərbi-texniki sahədə əməkdaşlığı genişləndirməyə hazırlaşır. Söhbət iki ölkənin müştərək əsasda hərbi patrul gəmiləri istehsal etməklə bağlı anlaşmasından gedir. Bunu “Naval Group” şirkətinin Azərbaycandakı nümayəndəsi bildirmişdi. O, hazırda məsələ ilə bağlı hərtərəfli danışıqlar aparıldığını söyləmişdi.
İstisna deyil ki, Fransa prezidentinin Bakı səfəri bu yöndə əməkdaşlığın daha da genişlənməsinə rəvac verəcək. Hər necə olmasa, müasir dünyada dostluq və müttəfiqlik ilk növbədə qarşılıqlı maraqlar və ortaq iqtisadi faydalar üzərində qurulub. Ermənistanın belə imkanları yoxdur. O sırada Fransa ilə hərbi əməkdaşlıq üçün Ermənistanın nə yetərli maliyyəsi var, nə də heç Rusiya ona imkan verməz.    
      ATÆT-in Minsk Qrupunun üç hÉmsÉdrindÉn biri ile ilgili görsel sonucu
ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri kimi Azərbaycanın Fransa ilə hərbi sahədə əlaqələr qurması ölkəmiz üçün ikiqat prinsipial əhəmiyyət kəsb edir. Ötən saylarımızda vurğladığımız kimi, əlaqələrin çoxvektorluğu, ölkəmizdə Fransa biznesinin böyüməsi enində-sonunda rəsmi Parisin Dağlıq Qarabağ məsələsində də daha ədalətli mövqe tutmasına gətirə bilər.
Başqa yandan, Azərbaycan digər həmsədr dövlət olan Rusiyadan böyük həcmdə silah-sursat alırsa, Fransa və onun hərbi-sənaye kompleksi də bunu edə və iqtisadi dividentlər götürə bilər - üstəlik, belə bir presedent artıq varsa. Məsələ ondadır ki, Fransa Azərbaycan kimi ərazisinin bir hissəsi işğal edilən Gürcüstana silah embarqosunu çoxdan götürüb.  
*****
“Qərb ölkələri Gürcüstana hərbi dəstək verməklə Rusiyanın bölgədəki siyasətini məhdudlaşdırmağa çalışır”. Bu sözləri politoloq Elxan Şahinoğlu Fransa dövlətinin regionla bağlı hərbi siyasətini şərh edərkən deyib.
âMistral Atlas" ile ilgili görsel sonucu
“Fransa Gürcüstana hava hücumundan qorunmaq üçün ”Mistral Atlas" hərbi avadanlığını satıb. Bununla bağlı müqavilə 3 il əvvəl, 2015-ci ildə imzalanıb. Gürcüstan hərbi avadanlığa görə Fransaya 100 milyon avro ödəyib. Bu pulu da Gürcüstan Fransanın “Societe General” bankından kredit götürüb. “Mistral” zenit raket kompleksi dünyada ən yaxşılarından sayılır. Həmin raketlərin Gürcüstanda sınağını Fransanın bu ölkədəki səfiri Paskal Monye də müşahidə edib. O deyib ki, gürcü ordusunun güclənməsində Tiflisə dəstək verəcəklər, həmçinin Fransanın havadan müdafiə qüvvələri Gürcüstanın hava sahəsini istənilən təhlükədən qoruyacaq", - deyə siyasi şərhçi bildirib.
Politoloq qeyd edib ki, Fransa ilə yanaşı, ABŞ-ın da Gürcüstanla hərbi əməkdaşlığı davam etdirdiyini xatırladıb: “ABŞ Gürcüstanda köhnə helikopterləri modernləşdirəcək. Bu haqda Gürcüstanın baş naziri Mamuka Baxtadze məlumat verib. 2008-ci ildə Gürcüstan-Rusiya müharibəsindən sonra Qərb ölkələri qeyri-rəsmi Gürcüstana silah satmırdılar. Ancaq bir neçə ildən sonra Qərb ölkələri Gürcüstana tətbiq etdikləri embarqonu yumşaltdılar. Rusiyanın Krımı ilhaqından sonra Qərb Gürcüstana embarqodan imtina etdi”.
Elxan ÅahinoÄlu ile ilgili görsel sonucu
Politoloqun sözlərinə görə, Qərb ölkələri Azərbaycanla hərbi əməkdaşlıq siyasətini yenidən nəzərdən keçirmək istəyir: “ABŞ və Avropa ölkələri Qarabağ münaqişəsinə görə Azərbaycana silah satmırlar. Ancaq bu siyasətin effekti yoxdur. Çünki Azərbaycan ona lazım olan silahı Rusiya, İsrail, Türkiyə, Ukrayna, Belarus və digər ölkələrdən alır. Beləliklə, Azərbaycanla əməkdaşlıqdan bu ölkələrin hərbi şirkətləri qazanc əldə edir. Bu kontekstdə Fransa Azərbaycana silah satacaq ilk Avropa ölkəsi ola bilər. Bakıda keçirilən ”ADEX-2018" Beynəlxalq Müdafiə Sərgisində Fransa şirkətləri də iştirak edirdi -  “Naval Group” və “Thales”. Azərbaycan Fransa ilə hərbi-texniki sahədə əməkdaşlığı genişləndirməyə hazırlaşır. İlkin olaraq Azərbaycan Fransa ilə müştərək əsasda hərbi patrul gəmiləri istehsal etməyi nəzərdə tutur. Fransa prezidenti Emmanuel Makron bir neçə gündən sonra Azərbaycana rəsmi səfər edəcək. Mümkündür ki, bu səfər zamanı iki ölkə arasında hərbi əməkdaşlıqla bağlı da saziş imzalansın".
*****
Belə bir sənədin imzalanması Fransa-Azərbaycan münasibətlərində mühüm dönüş nöqtəsi olmaqla, Ermənistana da yaxşı bir mesaj olardı. Ən əvvəl o anlamda ki, İrəvan torpaqlarımızın işğalını davam etdirdikcə Azərbaycan ermənilərə yaxınlığı ilə tanınan Fransa kimi dövlətlərlə belə, hərbi əməkdaşlıq əlaqələri yaradacaq, təcavüzkarın mənəvi himayədarlarını da onun yanından uzaqlaşdıracaq... 

Azerbaycanrealligi.com      

Bizimlə əlaqə saxlayın