İrəvan “haça-paça” durumda: “Qarabağda müharibənin fitili çəkilsə...”

29, 09, 18
09:53

İrəvan “haça-paça” durumda: “Qarabağda müharibənin fitili çəkilsə...”

Paşinyan hökuməti Rusiya ilə Qərb arasında təhlükəli var-gəli davam etdirir; yeni baş nazir öz xalqına inqilabın şirin “meyvələri”ndən çox, acıları yedirtmək zorundadır – səbəb; erməni nəşri: “Moskva və Bakı bizə növbəti pisliyi etməyə hazırlaşır...”

Dünən Tacikistanın paytaxtı Düşənbə şəhərində MDB-nin növbəti sammiti keçirilib. Faktiki fəaliyyətsiz olan bu qurumun Düşənbə toplantısı zamanı bizim üçün ən çox diqqətçəkici məqam Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ayaqüstü təmas oldu.
Xəbər verilir ki, sammitin rəsmi açılış mərasimi zamanı MDB ölkələrinin başçıları əlifba sırası ilə yanaşı durublar. Bu zaman Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri yanaşı dayanmalı olub. Rəsmi fotoçəkiliş bitəndən sonra liderlər sammitin keçirildiyi zala istiqamət alıblar. Bu zaman isə İlham Əliyevlə Nikol Paşinyanın ayaqüstü nəsə danışdıqları kameraların diqqətindən yayınmayıb.
(Yazı hazırlanarkən söhbətin detalları açıqlanmamışdı - red.)
*****
“Yeni Müsavat” xatırladır ki, İlham Əliyevlə Nikol Paşinyan arasında ilk təmas bu ilin iyun ayında Moskvada futbol üzrə Dünya Çempionatının açılış mərasimi zamanı olmuşdu. O zaman Rusiya prezidenti Vladimir Putin Paşinyanı Azərbaycan dövlət başçısı ilə tanış etmişdi. Erməni baş nazir belə demişdi. Amma Paşinyanın sözlərinə görə, məsələ formal tanışlıqdan uzağa getməmişdi. Düşənbədə isə İlham Əliyevlə Paşinyan ilk dəfə bir-birləri ilə danışıblar.
PaÅinyan Ä°lham Æliyev ile ilgili görsel sonucu
Tacikistan paytaxtında bu qısamüddətli ayaqüstü danışıq Nikol Paşinyanın Qarabağa dair verdiyi son ziddiyyətli və qızışdırıcı bəyanatlardan və Azərbaycan prezidentinin ona sərt xəbərdarlığından sonra reallaşan ilk təmas kimi xüsusilə diqqət çəkir. O sırada erməni baş nazirin iki gün qabaq BMT tribunasından etdiyi fitnəkar çıxışdan sonra Tacikistana gəlməsi də nəzərdən yayına bilməzdi.
*****
Məsələ də ondadır ki, dünya birliyinin, xüsusən də Qərbin gözündə özünü demokrat kimi qələmə verib sonuncudan böyük siyasi-maliyyə dəstəyi almağa çalışan Paşinyan Dağlıq Qarabağ məsələsində sələflərindən də radikal mövqe nümayiş etdirir və bununla, faktiki, böyük sülhü deyil, müharibəni yaxınlaşdırır. Belə avantürist siyasətin bütün mümkün və ağır nəticələrinə görə də ilk növbədə o - işğalçı ölkənin təzə rəhbərliyi cavabdehlik daşıyacaq.
PaÅinyan Ä°lham Æliyev ile ilgili görsel sonucu
Rusiya prezidenti Vladimir Putinin son Bakı səfəri həm də İrəvanın bu kursuna etiraz idi. Çünki müharibə Moskvanın bölgədəki maraqlarına cavab vermir. Hər necə olmasa, Kreml başçısı istəsəydi, Bakıdan İrəvana yollanar, məhz oradan Düşənbəyə gedərdi.
Təbii ki, Ermənistan səfərindən imtinanın motivi komandasını qərbyönlü kadrlardan quran Nikol Paşinyanın Rusiya ilə Qərb arasında “haça-paça” durumda qalması ilə, daha dəqiqi, Moskvanın ona inanmaması ilə birbaşa bağlıdır. Artıq bir dəfə yazdığımız kimi, yeni erməni hökuməti can atır ki, onun bir “əli”ndən Rusiya, o birindən də Qərb tutsun. Bu isə mümkünsüzdür. İndiki sərt regional və qlobal geosiyasi şərtlər, getdikcə daha da qəlizləşən Rusiya-Qərb (ABŞ), İran-ABŞ münasibətləri bunu tamamilə istisna edir.
PaÅinyan Ä°lham Æliyev ile ilgili görsel sonucu
Kreml sözsüz ki, Paşinyanın “iki stul” oyununu əla başa düşür və diqqətlə müşahidə edir. Ancaq bu siyasət uzun da sürə bilməz. Ya Ermənistan həqiqətən Rusiyanın ağuşundan çıxıb Gürcüstan kimi birmənalı qərbyönlü kurs götürməlidir, ya balanslı siyasət yürüdən Azərbaycan kimi Rusiya və Qərblə bərabər məsafədə dayanmalı, ya da indiki vassal statusu ilə barışmalıdır. 1-ci və 2-ci variantda İrəvan Kremlin layihələri olan KTMT və Avrasiya Birliyindən uzaqlaşmalı olacaq.
Paşinyan iqtidarı buna qadirdirmi, onun Gürcüstan və ya Azərbaycan yolu getməyə iradəsi çatarmı? Qısası, erməni populist baş nazir olduğu kimi görünə və ya göründüyü kimi ola bilərmi? Əsas da budur.
Vəziyyətin təhlili göstərir ki, xeyr, mümkün deyil. Həm də o səbəbə ki, Paşinyan hər iki variantda Azərbaycanın qanuni ərazisi olan Dağlıq Qarabağdan vaz keçməli olacaq. Ya xoşluqla, ya da mini-müharibə nəticəsində. Bunu da Paşinyan bilir. O üzdən “məxməri inqilab” zamanı öz xalqına verdiyi şirin vədləri hələ uzun müddət tuta bilməyəcək, ermənilərə daha çox inqilabın acı “meyvələrini” dadızdırmalı olacaq.
*****
PaÅinyan Ä°lham Æliyev ile ilgili görsel sonucu
Vəziyyəti erməni ekspert cameəsində də anlamağa başlayıblar.
“Görünür, biz ona hazır olmalıyıq ki, İrəvanın siyasətindən narazı olan Moskva Paşinyanı Rusiyaya münasibətdə daha sözəbaxan eləmək üçün bir sıra tədbirlər hazırlayır”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə qərbyönlü erməni portallarından olan armenianreport.com-dakı məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: “Biz vətəndaşlarımızın narazılığını yaxşı anlayırıq. Axı başa çatmaqda olan həftə elə hadisələr yaşandı ki, bizi həm məyus, həm də narahat etməyə bilməz. Məsələn, Moskvada və İrəvanda fikirlər yayılırdı ki, Rusiya prezidenti bu həftə bizim regiona, daha doğrusu, Azərbaycana və Ermənistana baş çəkəcək. Ancaq nədənsə Putin Ermənistana gəlməklə bağlı fikrini dəyişdi. Bununla belə, bu, ona Azərbaycana getməyə mane olmadı. Kimsə etiraz edib deyə bilər ki, nə olsun, axı cəmi bir neçə gün qabaq o, Paşinyanla Putin Soçidə görüşmüşdü. Ancaq ondan bir neçə qabaq Putin Əliyevi də qəbul eləmişdi! O zaman nədən Putin təzədən Əliyevlə görüşməyə getdi, Paşinyanı və İrəvanı isə iqnor elədi?”
Yazı müəllifi ardınca yaranmış durumdan çıxış edərək “Putinlə İlham Əliyevin Ermənistana hansısa növbəti pisliyi eləməyə hazırlaşdığını” yazıb. “Bu - tamamilə aydındır. Əks halda onlar niyə belə tez-tez görüşsünlər ki?..”
*****
Ermənilərin təlaşı anlaşılandır. Düşmən tərəf Moskvanın “dobrosu” ilə Qarabağda müvəqqəti də olsa müharibənin fitilinin çəkiləcəyindən ehtiyatlanır. Bu isə hər şey qırağa, inqilabi hökumətin sonunu ildırım sürətilə yaxınlaşdırardı...

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın