Paşinyanın BMT-dəki həyasız bəyanatı: “Qarabağ Azərbaycanın tərkibində ola bilməz”

26, 09, 18
12:16

Paşinyanın BMT-dəki həyasız bəyanatı: “Qarabağ Azərbaycanın tərkibində ola bilməz”


“Əgər kimsə ermənilərin yeni genosidini arzulamırsa, Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmasına yol verməməlidir”.

Musavat.com erməni imediasına istinadən xəbər verir ki, belə bir həyasız bəyanatla Ermənistan baş naziri Nikol Paşinyan BMT-nin Baş Assambleyasının 73-cü sessiyasında çıxış edib.

Paşinyan qondarma “respublika”nın “təhlükəsizliyinin” Ermənistanın prioritet məsələsi olduğunu açıqlayıb.

Bundan başqa, erməni baş nazir Azərbaycanın Dağlıq Qarabağın oyuncaq rejimi ilə dialoqa başlamalı olduğu barədə əvvəl söylədiklərini təkrarlayıb.
O, Azərbyacanın Qarabağda Naxçıvanda olduğu kimi (?) etnik təmizləmə aparmaq istədiyini iddia edib.

Paşinyanın Ermənistanın xarici syasi prinsipləri ilə bağlı söylədikləri maraqlı olub. Erməni lider rəsmi İrəvanın birvektorlu istiqamətdən vaz keçəcəyi ilə bağlı mesajlar verib.
“Ermənistanın xarici siyasətində irsiliyin davamı onun əmin və sabit tərəfdaş olduğunu göstərir. Bizim beynəlxaq öhdəliklərimiz yenidən gözdən keçirilə bilməz. Ermənistan bütün tərəfdaşları ilə konstruktiv dialoqa və əməkdaşlığa hazırdır. Biz bir partnyorumuzun hesabına başqaları ilə münasibətlərimizi inkişaf etdirə bilmərik. Biz qlobal və regioal səviyyədə çoxtərəfliliyin roluna xüsusi əhəmiyyət veririk",-Paşinyan qeyd edib.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın