Ağ Evdəki "qiyamçı": Tramp baş prokuroru tədbir görməyə çağırır və qəzeti hədələyir

09, 09, 18
16:48

Ağ Evdəki "qiyamçı": Tramp baş prokuroru tədbir görməyə çağırır və qəzeti hədələyir

 
ABŞ prezidenti Donald Tramp bildirib ki, ölkənin baş prokuroru və ədliyyə naziri Ceff Seşns araşdırma aparmalı və “The New York Times” qəzetindəki qalmaqallı məqalənin müəllifinin kim olduğunu müəyyən etməlidir.

Azerbaycanrealligi.com CNN-ə istinadən xəbər verir ki, həmin müəllifsiz yazıda qeyd olunduğuna görə, Ağ Evdə “müqavimət hərəkatı” fəaliyyət göstərir və onun üzvləri prezidentin qərarlarını sabotaj edərək, Trampın hakimiyyətdən uzaqlaşdırılması planlarını müzakirə edirlər.
Vaşinqtondan Şimali Dakota ştatındakı Farqoya uçuş zamanı təyyarədə Ağ Evin başçısı jurnalistlərə deyib ki, belə araşdırmanın aparılması zərurəti məqalənin müəllifinin müəyyənləşdirilməsinin “milli təhlükəsizlik” məsələsi olması ilə əlaqədardır.

Trampdan həmçinin soruşublar ki, “The New York Times” nəşrinə qarşı hər hansı bir hərəkət planlaşdırırmı. Buna prezident belə cavab verib: “Baxacağıq, indi bu məsələni öyrənirəm”.
Amerika lideri həmin məqalənin dərci ilə bağlı qərarı qəzet üçün “biabırçılıq” adlandırıb.
Xatırladaq ki, sentyabrın 5-də “The New York Times” qəzeti müəllifinin Amerika administrasiyasının yüksək rütbəli əməkdaşının olduğu deyilən bi məqaləni dərc edib. Məqalə müəllifinin sözlərinə görə, o özü də “müqavimət hərəkatı”nın üzvüdür və yüksək rütbəli məmurların bir çoxu çalışırlar ki, Trampın “ən pis niyyətlərinin həyata keçirilməsinin qarşısı alsınlar”. Məqalədə qeyd olunur ki, bu hərəkatın üzvləri Trampın qərarlarını sabotaj edir və öz fikirlərinə görə, düzgün olmayan və ziyan verə biləcək, o cümlədən Rusiya ilə münasibətlərin yaxşılaşdırılması cəhdləri ilə bağlı qərarların qarşısı alırlar.
Məqalıni şərh edən “Politico” qəzeti yazır ki, sözün əsl mənasında Amerika administrasiyasında üsyan başlayıb. Əgər göstərilən faktlar həqiqətdirsə, Tramp öz ətrafındakılara nəzarət edə bilmir.
Artıq 20-yə yaxın yüksək rütbəli şəxs, o cümlədən 59 yaşlı vitse-prezident Maykl Pens, 67 yaşlı müdafiə naziri Ceyms Mettis və 54 yaşlı dövlət katibi Maykl Pompeo məqalənin müəllifi olmadıqlarını bildiriblər. Hələlik “üsyankarı” tapmaq mümkün olmayıb.

Azerbaycanrealligi.com 


Bizimlə əlaqə saxlayın