Həştərxan şəhərindəki Heydər Əliyev adına orta məktəbdə son zəng çalınıb

28, 08, 18
21:53

Həştərxan şəhərindəki Heydər Əliyev adına orta məktəbdə son zəng çalınıb



Həştərxan şəhərindəki Heydər Əliyev adına 11 nömrəli orta məktəbdə son zəng mərasimi keçirilib. Bu il məktəbdən 20 nəfər 11-ci sinif və 60 nəfər 9-cu sinif şagirdi məzun olur.

Azerbaycanrealligi.com xəbər verir ki, tədbirdə Həştərxan şəhər administrasiyasının rəhbəri Oleq Polumordvinov, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Leonid Oqul, Həştərxan şəhər administrasiyasının Elm və Təhsil İdarəsinin rəhbəri İnessa Qorina, Ümumrusiya Azərbaycanlılar Konqresi (ÜAK) Həştərxan regional bölməsinin sədri Ədalət Hüseynov, ÜAK Həştərxan regional bölməsi sədrinin müavini, “Narimanovski” çörək zavodunun baş direktoru İrahid Mirişov, “Azərbaycan” milli-mədəni cəmiyyətinin sədri Vahid Rəhimov, ictimaiyyətin nümayəndələri, valideynlər, pedaqoji əmək veteranları, şagirdlər iştirak ediblər.
Son zəng mərasimində çıxış edən O.Polumordvinov vurğulayıb ki, Heydər Əliyev adına orta məktəb Azərbaycan ilə Rusiya arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsinə yönəlmiş məhsuldar fəaliyyətin parlaq nümunəsidir. O, şagirdlərə ali təhsil ocaqlarında da Heydər Əliyev adına məktəbin məzunu adını fəxrlə daşımağı arzulayıb.
Daha sonra Ədalət Hüseynov təbrik nitqi ilə çıxış edib. O, məzunları Heydər Əliyev Fondu adından təbrik edib, onlara gələcəkdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev kimi layiqli insan olmağı arzulayıb. Ə.Hüseynov, həmçinin Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin məktəbin kollektivinə və şagirdlərə rəsmi təbrikini çatdırıb.
Mərasimdən sonra 4-cü və 9-cu sinif şagirdləri müəllim və valideynlərlə birlikdə ulu öndər Heydər Əliyevin onun adını daşıyan parkdakı abidəsi önünə gül dəstələri qoyublar.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın