Amerikanın beyin xərçəngindən əziyyət çəkən respublikaçı senatoru Con Makkeyn 81 yaşında vəfat etdi

26, 08, 18
10:50

Amerikanın beyin xərçəngindən əziyyət çəkən respublikaçı senatoru Con Makkeyn 81 yaşında vəfat etdi

Makkeyn 2017-ci ildən beyin xərçənginin aqressiv şəkli olan qlioblastoma ilə mübarizə aparırdı. Cümə günü yaxınları onun müalicədən imtina etdiyini bildirmişdilər.

***

Con Makkeyn həyat uğrunda mübarizə aparmayacağını bəyan edib

Xəbər verildiyi kimi, ABŞ Senatının ən məşhur və yaşlı üzvlərindən sayılan Con Makkeyn amansız xəstəliyi, daha doğrusu, beyin xərçəngi ilə mübarizə aparmayacağını bəyan edib.
Azerbaycanrealligi.com xarici mətbuata istinadən xəbər verir ki, Makkeyn son günlərini ailəsi ilə bərabər keçirmək istədiyini söyləyib.
Qocaman senator 2017-ci ilin iyulundan bu yana müalicə alırdı və həmin ilin dekabrından Vaşinqtonda olmayıb.
Makkeyn respublikaçı olsa da, Donald Trampa qarşı həmişə müxalifətdə olub və onun Rusiya ilə bağlı siyasətini sərt şəkildə tənqid edib. Deyəsən, elə ona görədir ki, Tramp administrasiyasında onun əbədi gedişinə sevinclərini gizlədə bilməyənlər tapılıb.
ÐаÑÑинки по запÑоÑÑ john mccain trump
Məsələn, Donald Trampın müşaviri, Kelli Sedler Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspelin təyinatının həll olunduğu, Ağ Evdəki qapalı bir iclasda “artıq Makkeynə qulaq asmamaq da olar. Çünki o, onsuz da öləcək” deyə zarafat edibmiş. Lakin Makkeynə olduqca böyük hörmət bəsləyən qalan hökumət üzvləri Sedlerin yumorunu “anlamayıblar”. Məsələ biriləri tərəfindən mətbuata sızdırıldıqdan sonra Sedler şəxsən Con Makkeynin qızı Meqana zəng edərək üzr istəməli olub. Lakin bu da uğursuz zarafatcılı tezliklə vəzifəsini tərk etməkdən qurtarmayıb.
Makkeynin ailəsi hətta onun son mənzilə yola salınacağı kilsəni (Vaşinqtondakı Müqəddəs Pavel və Pyotr kilsəsi) və məzarlığı da müəyyən ediblər. Senator hələ ölməmiş indidən onun dəfnində vitse-prezident Maykl Pensin iştirak edəcəyi açıqlanıb.

Onu da qeyd edək ki, Con Makkeyn köklü amerikan ailəsindən gələn bir siyasətçi idi. Onun atası və babası hərbi dəniz qüvvələrinin admiralları olublar. Onların yolu ilə gedən Con Makkeyn 1958-ci ildə ABŞ Hərbi-Dəniz Akademiyasını bitirərək, dəniz aviasiyasında təyyarəçi olaraq xidmətə başlayıb. Makkeynin təyyarəsi Vyetnamın paytaxtı Hanoy yaxınlığında,1967-ci ildə sovet raketi ilə vurulub yerə salınır və gələcək senator tam 6 il əsirlikdə qalır. 1973-cü ildə imzalanan Paris sazişinə əsasən azad edilən Con Makkeyn 1982-ci ildə hərbi xidmətdən gedir və siyasətə atılır. 1983-cü ildə o, ABŞ Nümayəndələr palatasına, 1986-cı ilə isə Senata üzv seçilir.
ÐаÑÑинки по запÑоÑÑ john mccain youth
Makkeyn 2000-ci ildə Respublikaçılar partiyasından Corc Buşun rəqibi olur və ilkin seçkilərdə gələcək prezidentə uduzur. 2008-ci ildə isə o, Respublikaçılar parityasının artıq vahid namizədi olaraq demokrat Barak Obama ilə yarışdan məğlub ayrılır.
Siyasi müşahidəçilər Con Makkeyni dünyada demokratik prinsiplərin bərqərar olması yolunda yorulmaz və prinsipial mübariz olaraq təsvir edirlər. Makkeyn repsublikaçı olsa da ABŞ siyasətçilərinin bir çoxu kimi praqmatizmi rəhbər tutduğu prinsiplərə təslim etməyib. Elə bu səbəbdən o, Rusiya prezidenti Vladimir Putinin amansız tənqidçisinə çevrilib.
ÃÂðÃÂÃÂøýúø ÿþ ÷ðÿÃÂþÃÂàjohn mccain trump

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın