sitename

Azərbaycan Qərb və Rusiyanın çarpaz diqqətində - Merkel Bakıya, Əliyev Moskvaya, Paşinyan...

Azərbaycan prezidentinin Rusiya səfəri ən çox düşmən ölkəni rahatsız edəcək – səbəb; Əliyev-Putin görüşündə əsas mövzu nə olacaq?; Analitiklər deyir ki...

Artıq 4 aydır Qərblə Rusiya arasında gərgin şəkildə vurnuxan Ermənistanın yeni rəhbərliyindən fərqli olaraq, Azərbaycan özünün balanslı xarici siyasət kursunu uğurla davam etdirir. Az öncə Xəzərin hüquqi statusu barədə Rusiya da daxil, Bakının 4 xəzəryanı ölkə ilə imzaladığı Konvensiya bunun növbəti bariz təzahürü sayıla bilər. Sənəd sözsüz ki, 5 dövlət arasında iki və çoxtərəfli əməkdaşlığın daha yüksək səviyyəyə qalxmasına stimul verəcək.
Azərbaycan üçün Xəzər Konvensiyası 5 dövlətin bir-birinin ərazi bütövlüyü və suverenliyinin tanıması kimi də mühüm əhəmiyyət kəsb edir. Konkret olaraq, Rusiyaya və işğalçı Ermənistanın ikinci “arxa-dayağı” sayılan İrana gəlincə, bəllidir ki, Bakı bu iki dövlətlə həm də strateji əhəmiyyətli “Şimal-Cənub” nəqliyyat dəhlizi üzrə layihə ortaqlarıdır.
Təsadüfi deyil ki, Xəzər Konvensiyası ən çox işğalçı Ermənistanda təlaş doğurdu. Çünki konvensiya Bakı-Moskva-Tehran strateji üçbucağının formalaşmasına da mühüm töhfədir. Qardaş Türkiyənin bu “üçbucağa” yaxın olduğunu nəzərə alsaq, baş verən proseslər hansısa mərhələdə Qarabağ probleminin həlli yolunda əlverişli siyasi zəminin yaranmasına, Azərbaycanın məsələdə daha sözükeçərli olmasına gətirə bilər.
XÉzÉr Konvensiyası ile ilgili görsel sonucu
Bu xüsusda Azərbaycan prezidenti İlham Əliyevin gələn ay Rusiyaya nəzərdə tutulan səfəri bəzi “i”lərin üzərinə nöqtə qoyulması baxımından mühüm önəm daşıyır. Səfər Moskva-İrəvan münasibətlərində yaşayan sərinlik fonunda xüsusilə əhəmiyyətli hesab oluna bilər.
*****
Azərbaycan eyni zamanda Qərblə - Avropa və ABŞ-la münasibətlərdə komplementar siyasətinə sadiqdir. Bakının Avropa Birliyi ilə ikitərəfli əməkdaşlığına dair tərəfdaşlıq sənədinin müzakirəsi uğurla davam edir. ABŞ isə Avropanın Rusiyadan qaz asılılığını azaldacaq Cənub Qaz Dəhlizinin reallaşması üçün Azərbaycana siyasi dəstəyini əsirgəmir. Bu isə başqa sahələrdə də ikitərəfli əməkdaşlığın davamı üçün əlverişli perspektiv açır.

Nəhayət, buna da şübhə yox ki, bir neçə gündən sonra Almaniya kansleri Angela Merkelin baş tutacaq Bakı səfəri Azərbaycan-Qərb münasibətlərinə yeni bir təkan, töhfə vermiş olacaq. Bu səfərdən az müddət sonra isə Azərbaycanın dövlət başçısı Rusiyaya səfərə gedəcək. Onun rusiyalı həmkarı Putinlə görüşü nəzərdə tutulur.
*****
Son baş verənlər bir daha Azərbaycanın iki qlobal güc mərkəzi kimi Qərb və Rusiyanın çarpaz diqqətində olmaqla, hər iki güc mərkəzi üçün vazkeçilməz ölkə statusunun gücləndiyinə şübhə yeri saxlamır. Politoloqlar bu qənaəti bölüşürlər.
Qabil Hüseynli ile ilgili görsel sonucu
Məsələn, sabiq dövlət müşaviri Qabil Hüseynli bu kontekstdə bir neçə məqama diqqət çəkərək deyir ki, ilin sonuna doğru Azərbaycan və Avropa Birliyi (AB) arasında ikitərəfli münasibətləri əks etdirən saziş imzalanması üçün artıq hazır olacaq (teleqraf.com): “Hazırda bu sənəd üzərində ciddi iş gedir. Qənaətimə görə, Azərbaycan yaxın tarixdə AB ilə bu sənədi imzalayacaq. Bakıya səfərə hazırlaşan Merkel və AB strateji tərəfdaş olaraq ölkəmizə böyük önəm verirlər. Çünki Azərbaycanın Cənub Qaz Dəhlizi (TANAP) xətti Avropa bazarına Rusiya qazına alternativ kimi çıxarılır. Gələcəkdə Türkmənistan qazının da bu xətt vasitəsilə Avropa bazarına çıxarılması ehtimalı böyükdür. 2020-ci ilədək Azərbaycan Avropa bazarına 30-32 milyard kubmetr qaz çıxarmaq gücünə malik olacaq ki, bu da ölkəmizin AB ilə iqtisadi əlaqələrinin önəmli kəsimini təşkil edəcək. Buna görə də AB ilə yanaşı, ABŞ da Azərbaycana böyük perspektivi olan strateji tərəfdaş kimi baxır. Qərb habelə Bakı-Tiflis-Qars dəmiryolu və Xəzər dənizi vasitəsilə də Avropa və Asiya qitələrini birləşdirən geocoğrafi məkan kimi Azərbaycana əhəmiyyət verir. Bütövlükdə AB insan haqları və demokratiya sahələrində də Azərbaycanla yaxından əməkdaşlıq etmək istəyindədir. Çünki Qərb Azərbaycanı Avropa ölkəsi kimi qəbul edir. Azərbaycan artıq diqqət mərkəzindədir”.
Ä°lgili resim
Politoloq NATO və AB dövlətləri ilə yanaşı, Azərbaycanın ABŞ-la münasibətlərinin də inkişafda olduğunu deyir edir. “Azərbaycan Qoşulmama Hərəkatının üzvü olsa da, AB və ABŞ-la yanaşı, Rusiya ilə də yaxın qonşuluq əlaqələrini inkişaf etdirir. Bizim AB ilə əməkdaşlığımız üçüncü bir dövlətə qarşı yönəlməyib. Azərbaycan NATO-ya daxil olmaq haqqında hansısa mesaj verməyib. Bununla belə, Qərbin Azərbaycana yaxınlaşmasından Rusiya narahatdır. Moskvanı narahat edən əsas məsələ isə NATO-nun bölgədə boy göstərməsidir. Amma Azərbaycan NATO-nun hərbi-siyasi yox, humanitar layihələrində iştirak edir”, - deyə o qeyd edib.
PaÅinyan ile ilgili görsel sonucu
O ki qaldı Azərbaycanın “Rus NATO-su”na - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünün mümkünlüyünə, sabiq dövlət müşaviri hesab edir ki, hələlik şərtlər Azərbaycanın quruma üzvlüyü üçün uyğun deyil:“Azərbaycan Avrasiya İttifaqı və KTMT-yə o halda meyllənə bilər ki, Dağlıq Qarabağ və onun ətrafındakı rayonlar geri qaytarılmaqla, ərazi bütövlüyümüz bərpa olunacaq. Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür, neytral ölkədir, tarazlaşdırılmış xarici siyasət yürüdür. Heç bir halda hansısa dövlətə qarşı hazırlamış layihədə iştirak etmir. Rusiya və İrana qarşı tətbiq edilən sanksiyalarda iştirakçı deyil. Azərbaycan yalnız öz problemlərinin həlli ilə məşğuldur. Hərbi fəaliyyətini də ancaq öz ərazilərini işğal etmiş Ermənistana qarşı yönəldib. Ölkəmizin əsas hədəfləri ərazi bütövlüyünü bərpa etmək, iqtisadiyyatını inkişaf etdirmək, əhalisinin rifah halını yüksəltmək və inkişaf etmiş müasir dövlətlər sırasında yerini qorumaqdır”.
*****
Politoloq Elçin MirzÉbÉyli ile ilgili görsel sonucu
Politoloq Elçin Mirzəbəyli isə ehtimal edir ki, prezident Əliyevin Rusiya səfəri çərçivəsində Azərbaycan üçün fundamental əhəmiyyətli məsələ - Azərbaycanın ərazi bütövlüyünün bərpası müzakirə ediləcək.
“İstər ATƏT-in Minsk Qrupunun həmsədri kimi, istərsə də işğalçı Ermənistana təsir edə bilən ölkə olaraq Rusiyanın münaqişənin həll prosesində oynadığı rol mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, səfər çərçivəsində bu məsələlərə diqqət ayrılacaq”, - deyə o qeyd edib.
Elçin Mirzəbəyliyə görə, səfərdə tərəflər arasındakı münasibətlərin, xüsusilə də iqtisadi əməkdaşlığın şaxələndirilməsi və qarşılıqlı investisiyaların yatırılması məsələlərinin də müzakirə ediləcəyi ehtimal olunur: “Eyni zamanda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən və nəzərdə tutulmuş üçtərəfli formatların inkişaf etdirilməsi haqda müəyyən müzakirələr aparıla bilər. Söhbət Rusiya- Azərbaycan-İran, Rusiya-Azərbaycan-Türkiyə formatlarından gedir”.
Demək, səfər ən çox işğalçı Ermənistanda narahatlıq yaradacaq. O Ermənistan ki, onun birinci şəxsi - baş nazir Nikol Paşinyan gələn ay ABŞ-a səfərə hazırlaşır və onunla Putin arasında etimadsızlıq az qala, aybaay güclənir. Bu mənada sentyabr istər Moskva-İrəvan, istərsə də Moskva-Bakı münasibətlərində əhəmiyyətli dərəcədə aydınlaşma, hətta dönüş ayı kimi yadda qala bilər...

Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Röya Əsmər nənəyə ev tikdirəcək

Röya Əsmər nənəyə ev tikdirəcək

  • 01 yan, 12:44
  • 458
Röya Əsmər nənəyə ev tikdirəcək
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

  • 25 iyn, 11:38
  • 1 201
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

  • 10 iyn, 12:21
  • 3 864
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva 
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

  • 03 iyn, 10:38
  • 855
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar