Trampdan həyat yoldaşına təhdid: “Boşansaq vətəndaşlıqdan məhrum edəcəm”

20, 08, 18
14:18

Trampdan həyat yoldaşına təhdid: “Boşansaq vətəndaşlıqdan məhrum edəcəm”

Ağ Evin keçmiş əməkdaşlarından, Omaroza Maniqot Nyumanın prezident Donald Trampla bağlı yazdığı “Unhinged” (Əsəbi) adlı kitabı ABŞ dövlət başçısının başını hələ çox ağrıdacaq.

Azerbaycanrealligi.com xarici mətbuata istinadən xəbər verir ki, Tramp Çin, Rusiya və Türkiyədən başqa… həyat yoldaşı Melaniya Trampı da özünəməxsus sanksiya ilə hədələyibmiş.

Ağ Evin indiki rəhbəri Melaniyanın boşanmaq haqqında qərar verməsi halında onu ABŞ vətəndaşlığından çıxaracağını söyləyib.
Nyumanın kitabında “Melaniyanın 4 illik prezidentlik müddəti başa çatmadan Trampı başqalarının gözündən salacaq bir əməl törətməsi və ya boşanması halında dövlət başçısı həyat yoldaşını cəzalandırmağın bir yolunu mütləq tapacaq” deyə bir cümlə keçir.
Omaroza Nyuman Melaniya Knavsın (Melaniya Trampın qızlıq soyadı-red.) 1996-cı ildə ABŞ-da ən istedadlı adamlar üçün verilən “Eynşteyn EB-1” vizası sayəsində ölkəyə yerləşdiyini xatırladaraq onun bu vizanı almasında məhz Donald Trampın böyük rol oynadığını qeyd edir.
O. Nyuman Donald Trampın həyat yoldaşının vaxtilə vətəndaşlıq alması üçün qaydaları pozduğunu etiraf etməyi belə gözə ala bləcəyini yazıb.
Müəllif öz kitabında “Rusiya bağlantıları ilə aparılan təhqiqatda özünü qanunla əfv edəcəyini söyləyən bir adam viza skandalında da eyni hərəkəti edə bilməzmi” deyə sual verir.

Vaxtilə Donald Trampın aparıcılıq etdiyi “Şagird” adlı proqramda onun köməkçilərindən biri olmuş, seçki kampaniyasında aktiv iştirak edərək Ağ Evdə işə düzələn, lakin daha sonra qovulan Omaroza Nyuman keçmiş şefi haqqındakı iddialarını əldə etdiyi video və səs yazıları ilə bərabər, elektron poçt yazışmaları ilə əsaslandırır.

Azerbaycanrealligi.com 


Bizimlə əlaqə saxlayın