yuxarı
Köçəryan azadlığa çıxdı
13, 08, 18
18:36
Köçəryan azadlığa çıxdı
rmənistan Apellyasiya Məhkəməsi keçmiş prezident Robert Köçəryanı azadlığa buraxıb. Azerbaycanrealligi.com “Sputnik”ə istinadən xəbər verir ki, vəkil Ruben Saakyanın sözlərinə görə, məhkəmə müəyyən edib ki, Robert Köçəryan toxunulmaz şəxsdir.
Jurnalistlərlə söhbətində Robert Köçəryanın vəkillərindən biri Ruben Saakyan deyib ki, məhkəmə müdafiə tərəfinin vəsatətini təmin edib və keçmiş prezidentin toxunulmazlığını nəzərə alaraq, ilk instansiya məhkəmənin qərarını ləğv edib. “Robert Köçəryan artıq məhkəmə binasından çıxıb”, – vəkil qeyd edib.
Xatırladaq ki, Köçəryan iyulun 28-də məhkəmənin qərarı ilə həbs edilmişdi. O, 2008-ci ildə konstitusiya quruluşunun devrilməsində ittiham olunur.
Azerbaycanrealligi.com
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək