Tramp nəhayət etiraf etdi: "Oğlum rus qadınla rəqibimlə bağlı məlumat almaq üçün görüşüb"

06, 08, 18
13:57

Tramp nəhayət etiraf etdi: "Oğlum rus qadınla rəqibimlə bağlı məlumat almaq üçün görüşüb"

Tramp nəhayət etiraf etdi: "Oğlum rus qadınla rəqibimlə bağlı məlumat almaq üçün görüşüb"

ABŞ prezidenti Donald Tramp eyni adlı oğlunun rusiyalı vəkil Natalya Veselnitskaya ilə 2016-cı ilin iyununda Nyu-Yorkdakı “Trump Tower”da görüşdüyünü etiraf edib.
 
Musavat.com-un xarici mətbuata istinadən verdiyi məlumata görə, prezident bu görüşün tamamilə qanuni olduğunu bildirib.
 
Beləliklə, ilk dəfə Ağ Evin sahibi oğlu kiçik Donald Trampın rusiyalılarla Demokrat partiyasının namizədi Hillari Klintonla bağlı məlumat almaq məqsədilə əlaqə qurduğunu təsdiq etmiş olub.
Donald Tramp “Twitter”dəki paylaşımında “Mükəmməl oğlum Donaldın  “Trump Tower”da həyata keçirdiyi görüşmədən narahat olduğum, tamamilə  jurnalistika uydurması və fantaziyalardan ibarətdir. Bu toplantı bir rəqibimlə bağlı məlumat almaq üçün tərtib olunub və heç bir yerə də varmayıb. Görüşmə barəsində isə mənim heç bir xəbərim olmayıb”, -deyə yazıb.

Lakin ABŞ mətbuatı Donlad Trampı açıqlamalarında olduqca dərin ziddiyyətlərin olduğunu fərq edib.
Çünki Trampın son açıqlaması elə onun öz oğlunu yalana çıxarıb.
Belə ki, kiçik Tramp vaxtilə Veselnitskayanın onunla ABŞ ailələrinin rus uşaqları övladlığa götürməklə bağlı problemlə əlaqədar görüşmək istədiyni, daha sonra isə Hillari Klintona dair məlumatlar verdiyini söyləmişdi.
Lakin “övladlığa götürmə” ilə müzakirələrdə Trampın seçki qərargahının keçmiş rəhbəri Pol Manafortun nə üçün iştirak etdiyi kinayəli sualların mövzusuna çevrilib.
Son dakika... Ve Trump kabul etti! OÄlum, Rus avukatla...
 İkincisi, bu cür mühüm görüşmə barədə “Trampın özünün xəbəri olmaması” fikrinə isə ABŞ jurnalistləri və yazarları məsxərə dolu şərhlərlə reaksiya verirlər.
İndi son etiraf Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsini araşdıran prokuror Robert Müllerin Donald Trampın prezidentliyi qazana bilməsi üçün müxtəlif qaranlıq, o cümlədən Kremllı əlbir olduğu iddialarını daha da  gücləndirə bilər.
 Musavat.com

Bizimlə əlaqə saxlayın