“Kukesi” – “Qarabağ” oyunu bu kanalda canlı yayımlanacaq

25, 07, 18
19:19

“Kukesi” – “Qarabağ” oyunu bu kanalda canlı yayımlanacaq


“Qarabağ” bu gün Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Kukesi” ilə Albaniyadakı oyunun teleyayımında yaranmış problemlə əlaqədar bəyanat yayıb.
Avropa.info xəbər verir ki, klubun rəsmi saytının yaydığı bəyanatda bildirilir ki, “Kukesi” – “Qarabağ” matçının ölkəmizdə yayımlanması üçün heç bir telekanalımız qarşı tərəflə razılaşmayıb.
“Azarkeşlərimizin istəyini nəzərə alan klub rəhbərliyimiz və sponsorumuz “Azərçay” yayım məsələsini öz üzərinə götürüb və Albaniya telekanalıyla danışıqlara başlayıb. Hazırda da danışıqlar davam edir, ilk mərhələdə baş tutan danışıqlar uğurlu alınıb. Saat 21:00-da başlayacaq matçın”Azərçay”ın sponsorluğu ilə ölkəmizdə yayımlanacağı gözlənilir”.
Klubdan verilən xəbərə görə, “Kukesi” – “Qarabağ” matçı saat 21.00-dan etibarən “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Bizimlə əlaqə saxlayın