Millimiz Qazaxıstanı darmadağın etdi
Bu gün milli komandamız UEFA Millətlər Liqasının 2022/23 mövsümündə son matçına çıxıb.
"Azərbaycan Reallığı" xəbər verir ki, C liqasının 3-cü qrupunda yer alan Canni De Byazinin komandası 6-cı turda Qazaxıstanı qəbul edib.
Milli komandamız böyük hesablı qələbə qazanıb - 3:0. Bu, millimizin ardıcıl 3-cü qələbəsi olub. Beləliklə yığma komandamız qrupu 10 xalla ikinci pillədə bitirib.
Qeyd edək ki, qrupun digər oyununda Slovakiya Belarusu qəbul edib. Matç heç-heçə başa çatıb - 1:1.
25 sentyabr
Millətlər Liqası, 6-cı tur
C liqası, 3-cü qrup
20:00. Azərbaycan – Qazaxıstan - 3:0
Qol: Aleksandr Maroçkin, 67-avtoqol, Filip Ozobiç, 74, Anatoli Nuriyev, 90+1
Qırmızı vərəqə: Nuralı Alip, 35 (Qazaxıstan)
Baş hakim: Harm Osmers
Bakı. “Dalğa Arena”
AZƏRBAYCANREALLIĞI.COM