İdman Könüllüləri və Azarkeşləri İctimai Birliyi Türkiyədə görüşlər keçirib - FOTO

31, 05, 22
13:00

İdman Könüllüləri və Azarkeşləri İctimai Birliyi Türkiyədə görüşlər keçirib - FOTO


İdman Könüllüləri və Azarkeşləri İctimai Birliyi ilk rəsmi səfərini Türkiyəyə edib.

"Azərbaycan Reallığı" xəbər verir ki, İctimai birlik üzvləri avqust ayında Konyada təşkil olunacaq İslam Həmrəylik Oyunlarına hazırlıq mərhələsi və yarışların keçiriləcəyi məkanlarla tanış olublar.

Təşkilat komitəsinin xarici əlaqələr müdiri Bilal bəy və İdman Könüllüləri rəhbəri Ziya bəylə müzakirələr aparılıb.
 
İstanbulda Türkiyə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Nihat Usta, Gənclər və İdman könülləri rəhbəri Şenol Güneş və Türkiye Atletika federasiyası Ataköy Atletika Salonu müdiri Fahriye Ekinlə də görüş keçirilib.

Bundan başqa, Konyaspor tribuna lideri İbrahim Apalı,  Konyada və Eskişehirde təhsil alan Azərbaycanlı tələbələrlə maraqlı görüşlər olub.

AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın