Azərbaycan - Portuqaliya matçında meydana azarkeşlər girdi - FOTOLAR

08, 09, 21
11:30

Azərbaycan - Portuqaliya matçında meydana azarkeşlər girdi - FOTOLAR


DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan-Portuqaliya matçının sonlarına yaxın maraqlı anlar yaşanıb.

Azerbaycanrealligi.com xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın 87-ci dəqiqəsində meydana azarkeşlər girib.

Onlar qonaq komandanın ulduz futboloçusu Bruno Fernandeşlə şəkil çəkdiriblər.

Azarkeşlərə nə meydana daxil olanda, nə də meydandan çıxanda mühafizəçilər mane olmayıb.

Lakin oyun bitəndən sonra meydana daha bir azarkeş daxil olub. Bu dəfə onu meydandan Daxili Qoşunlarının hərbçiləri çıxarıb.






Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın