“Qarabağ” və “Neftçi”nin yeni liqada qruplara düşmək üçün son şansı
Bu gün UEFA Avropa Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları keçiriləcək.
Azerbaycanrealligi.com xəbər verir ki, Azərbaycanın iki təmsilçisi – “Qarabağ” və “Neftçi” yeni turnirin qrup mərhələsinə düşmək üçün mübarizə aparacaq.
“Qarabağ”ın rəqibi olan Şotlandiya dördüncüsü “Aberdin” Azərbaycan futboluna yeni rəqib komanda sayılır. Lakin İsrail çempionu olan Hayfa “Makkabi”si artıq üçüncü dəfə Azərbaycana gəlir. İsrailin 13 dəfə çempionu olmuş Hayfa təmsilçisi Azərbaycan üçün həm uğurlu, həm də uğursuz rəqib sayılır.
Belə ki, 1999-cu ildə “Qarabağ” bu komandaya Bakıda 0:1 uduzsa da, İsraildə 2:1 qalib gəlib. Bu, Azərbaycan klublarının avrokuboklarda mərhələ adladığı ilk belə hal kimi tarixə düşüb. Lakin 2013-cü ildə bu komanda Avropa Liqasında “Xəzər Lənkəran”a ümumi hesabda 10:0 qalib gəlib. Belə ki, yəhudilər keçmiş “Kiryat-Eliezer” stadionunda 2:0, Lənkəranda isə 8:0 hesabı ilə qələbə qazanıb. Bu dəfə isə onlar “Neftçi”nin qonağı olacaq.
Avropa Konfrans Liqası
Pley-off, ilk oyun
19 avqust
20:00 “Qarabağ” – “Aberdin” (Şotlandiya)
Hakimlər: Rade Obrenoviç, Yure Praprotnik, Aleksandar Kasapoviç, Asmir Saqrkoviç (Sloveniya)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu
21:00 “Neftçi” – “Makkabi” (İsrail)
Baş hakim: Delajo Vili, Mehdi Rahmuni, Ervan Kristof Fanjon, Toma Leonar (Fransa)
Bakı. “Bakcell Arena”
Azerbaycanrealligi.com