Model Ronaldodan 133 milyon tələb edir

30, 04, 21
19:30

Model Ronaldodan 133 milyon tələb edir


Keçmiş model Ketrin Macorqa futbolçu Kriştiano Ronaldonu ona təcavüzdə ittiham edərək 3 il əvvəl məhkəməyə verib.

Azerbaycanrealligi.com xarici mətbuata istinadən xəbər verir ki, ikili arasında uzun müddətdir davam edən məhkəmə prosesi ilə bağlı yeni xəbərlər yayılıb.

Belə ki, “The Sun” qəzetinin yaydığı məlumata görə, Macorqa Ronaldodan 56 milyon 500 min funt-sterlinq (133 milyon 995 min 400 manat) təzminat tələb edib. Bu məbləğ portuqaliyalı futbolçunun iki illik maaşıdır.

Qeyd edək ki, Kriştianonun bir neçə il əvvəl Las-Veqasdakı gecə klublarından birində tanış olduğu Ketrini otelə apararaq təcavüz etdiyi bildirilib. Model ertəsi gün təcavüzə uğraması ilə bağlı polisə şikayət etsə də, bunu edənin Ronaldo olduğunu uzun müddət hər kəsdən gizli saxlayıb.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın