Argentina millisi İsraillə Qüdsdəki oyununu ləğv edib – Netanyahu qəzəblənib

07, 06, 18
11:46

Argentina millisi İsraillə Qüdsdəki oyununu ləğv edib – Netanyahu qəzəblənib

Argentina millisi Ä°sraillÉ QüdsdÉki oyununu lÉÄv edib â Netanyahu qÉzÉblÉnib
Argentina millisi Rusiya mundialı öncəsi yoldaşlıq görüşləri çərçivəsində İsrail komandası ilə qarşılaşmalı idi. İsrail tərəfi bu bu futbol matçının Qüdsdə keçiriləcəyini bildirdikdən sonra dünya miqyasında buna etirazlar başladı.
Azerbaycanrealligi.com əl-Məyadin telekanalına istinadla xəbər verir ki, Argentina Futbol Federasiyası işğal edilən Qüds şəhərində keçirilməsi nəzərdə tutulan matçı ləğv edib.
 
Məlumata görə Argentinada olan müsəlman cəmiyyətləri xüsusilə də Fələstin lobbisinin təzyiqləri sayəsində Argentina Futbol Federasiyası belə addım atıb.
 
Bundan sonra narahat olan Benyamin Netanyahu  Argentina prezidentinə zəng edərək futbol qarşılaşmasının bərpasını istəyib.
 
Lakin Argentina prezindeti Maurisio Makri Futbol Federasiyasının müstəqil bir təşkilat olduğunu və qərarların dövlət tərəfindən verilmədiyini deyib.
 
Sionist rejimi Amerikanın Qüdsü İsrailin paytaxtı kimi tanımasından və Təl-Əvivdəki səfirliyin bura köçürülməsindən sonra bir sıra beynəlxalq tədbirləri, konsert və idman yarışlarını işğal edilmiş şəhərdə keçirməyə can atır.

Bizimlə əlaqə saxlayın