"Bizə ən çətin və gözlənilməz rəqib düşdü" - QURBAN QURBANOV

19, 06, 18
22:26

"Bizə ən çətin və gözlənilməz rəqib düşdü" - QURBAN QURBANOV

"Bizə ən çətin və gözlənilməz rəqib düşdü" - QURBAN QURBANOV

"BizÉ Én çÉtin vÉ gözlÉnilmÉz rÉqib düÅdü" - QURBAN QURBANOV
Bu gün Çempionlar Liqasının yeni mövsümünün 1-ci təsnifat mərhələsinin püşkatması olub. Püşk Azərbaycan çempionu "Qarabağ”ın qarşısına Sloveniyanın "Olimpiya” komandasını çıxarıb.
Hurriyyet.org xəbər verir ki, "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun "facebook” səhifəsinə püşkün nəticəsi ilə bağlı açıqlama verib:
"Çox çətin rəqiblə qarşılaşacağıq. Belə rəqiblə qarşılaşmaya pley-off matçı kimi meydana çıxacağıq. Artıq bu gündən rəqibi analiz etməyə başlayacağıq və oyuna qədər maksimum hazır olaq. Əlimizdən gələni etməyə çalışacağıq. Bizə ən çətin və gözlənilməz rəqib düşdü".
"Qarabağ” bu rəqibinə qarşı ilk oyununu iyulun 10-11-də səfərdə, cavab matçını isə 17-18-də Bakıda keçirəcək.

Bizimlə əlaqə saxlayın