Futbol üzrə Dünya Çempionatı: Rusiya - Səudiyyə Ərəbistanı matçı... - CANLI YAYIM

14, 06, 18
19:18

Futbol üzrə Dünya Çempionatı: Rusiya - Səudiyyə Ərəbistanı matçı... - CANLI YAYIM

Futbol üzrə Dünya Çempionatı: Rusiya - Səudiyyə Ərəbistanı matçı... - CANLI YAYIM

Bu gün Rusiyanın paytaxtı Moskvada 2018-ci ilin Futbol üzrə Dünya Çempionatı start götürüb.
Musavat.com xəbər verir ki, XXI mundialın Bakı vaxtı ilə saat 18:30-da başlanan açılış mərasimi “Lujniki” stadionunda keçirilib.
Açılış mərasiminə 20-dən çox ölkənin dövlət başçısı, o cümlədən, Azərbaycan Prezidenti İlham Əliyev də qatılıb.
Mundialın ilk oyunu meydan sahibi Rusiya millisi ilə Səudiyyə Ərəbistanı yığması arasında olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.
"DÇ-2018"-də 6 konfederasiyadan ümumilikdə 35 hakim xidmət göstərəcək. Onların sırasında Türkiyəni təmsil edən FIFA referisi Cüneyt Çakır da var.
Oyunları Azərbaycan tamaşaçılarına İTV və CBC Sport telekanalları təqdim edəcək.
Musavat.com

Bizimlə əlaqə saxlayın