Hesablama Palatası AzTV-də: Növbəti yoxlamalar başlandı - Rövşən Məmmədov bu dəfə də QURTULA BİLƏCƏKMİ?

29, 03, 23
19:00

Hesablama Palatası AzTV-də: Növbəti yoxlamalar başlandı - Rövşən Məmmədov bu dəfə də QURTULA BİLƏCƏKMİ?


Hesablama Palatası AzTV-də yoxlamalar aparacaq.

"Azərbaycan Reallığı" xəbər verir ki, bununla bağlı Hesablama Palatası tərəfindən Azərbaycan “Dövlət Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) müəyyən işlərə başlanılıb. Əldə etdiyimiz məlumata görə, artıq Palatanın nümayəndələri AzTV-dədir və audit prosesinə hazırlıq gedir. Növbəti iş həftəsindən isə Dövlət Televiziyasında yoxlamalara start veriləcək.

Məlumat üçün bildirək ki, Hesablama Palatası daha öncə də AzTV-də müxtəlif audit yoxlamaları həyata keçirib. Belə ki, aparılan yoxlamalar zamanı maliyyə hesabatlarında bəzi gəlir və xərclərin təhrif olunması, televiziya işçilərinin əməkhaqqı və qonorar sistemi ilə bağlı bəzi pozuntuların baş verməsi müəyyən edilib.

Yəqin ki, Hesablama Palatası budəfəki yoxlamaların nəticələri haqqında da ictimaiyyətə geniş açıqlama verəcəklər. (Konkret.az)

Müşviq Tofiqoğlu

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 

Bizimlə əlaqə saxlayın