“AZERCELL” – ÖLKƏNİN KÖKLÜ ŞİRKƏTİ ABONENTLƏRİ DOLAYIB… FOTO

Cəmiyyət / Manşet
 24-01-2023, 14:00     411


“Azercell” mobil operator ölkədə ən köklü şirkətlərdən biri hesab olunur. Bu mobil firma kifayət qədər təkmilləşmiş, təcrübə toplamış, öz sistemini qurmuş, mobil və internet şəbəkə funksiyalarını yetərincə genişləndirmiş bir təsisatdır. Yəni “Azercell” dünənin şirkəti deyil ki, onun fəaliyyətində kobud səhvlər olanda normal qarşılansın, yaxud vətəndaşın aldadılması faktı olanda müştərini soymaq hərisliyi kimi başa düşülsün. Çünki “Azercell” onsuz da milyonlar qazanır, onsuz da populyardır, onsuz da abonentlər ona müraciət edirlər. Amma şirkət hələ də abonentlərini tələyə salmaq kimi kiçik işlərə baş vurur. Bu da nüfuzlu kommersiya strukturuna qətiyyən başucalığı gətirmir.

Bu günlərdə şirkətin fəaliyyətində yenə də abonentləri dolamaq, onları ələ salmaq kampaniyası faş olub. Məlum olub ki, “Azercell” “çevir tatı, vur tatı” misalına uyğun piar kampaniyası təşkil edib. Söhbət şirkətin aplikasiya işində çarx çevirməsindən gedir. Belə ki, həftənin cümə günləri abonentlər çarxı fırlatmaqla hədiyyə qazanmış olurlar. Sadəcə, məsələnin bir neçə saatlıq fırıldaq olduğu aydınlaşır:

fotodan da göründüyü kimi, “Azercell” əvvəlcə abonentə 5 gigabayt internet verir, amma cəmi 8 saat sonra həmin internet paketi başa çatır. Halbuki, istənilən internet istifadəçisi təsdiqləyə bilər – 5 gb paketin 8 saata bitməsi mümkün deyil. Deməli, reklam kampaniyası ilə vətəndaşı şirnikləndirir, sonra aldadırlar. Belə çıxır ki, vətəndaş fasiləsiz olaraq internetdən istifadə etməlidir.

Başqa bir məsələ isə “Azercell” kartlarıdır. Sosial media istifadəçilərindən Rama Əliyev qeyd edir ki, 15 min manatlıq illik limiti keçdikləri üçün yerdə qalan 343 gün işlədə bilmirlər. Vətəndaş haqlı olaraq sual edir ki, heç olmasa aylıq olsun, illik yox…

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841