Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin bahalı maşınları və mülklərinin siyahısı - VİDEO

08, 12, 22
11:06

Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin bahalı maşınları və mülklərinin siyahısı - VİDEO


"Azərbaycan Reallığı"ın əldə etdiyi bu videomaterialdan isə bəlli olur ki, Milli Şuranın üzvü Hacıbəyli Gültəkin məzlum görünüş alıb ailə problemlərini hakimiyyətin tərəzisinə qoysa da heç də evsiz qalan birinə bənzəmir. Əksinə, o bu məzlum görünüşü ilə üzərində olan cərimə yükünü digər insanlara, müxalifət düşərgəsinin nümayəndələrinə ödətmək fikrindədir. Belə ki, bu barədə müxtəlif şəxslər tərəfindən də fikirlər ortaya atılıb və qeyd edilib ki, xanım Hacıbəylinin bu cəriməni ödəmək imkanı olmadığı üçün ona bu cəriməni ödəməkdə yardımçı olaq.

Oxucularımıza xanım Hacıbəylinin mülklərinin siyahısını təqdim edirik:

1. Dilarə Əliyeva küçəsi, ev 251 A ünvanında yerləşən, ümumi dəyəri 2 milyon manat olan 2 mənzil və 2 qapalı qaraj 

2. Səməd Vurğun küçəsi, ev 92 A ünvanında yerləşən, ümumi dəyəri 400 min (dörd yüz min) manat olan mənzil 

3. Mehdi Hüseyn küçəsi, ev 61 ünvanında yerləşən, ümumi dəyəri 150 min (yüz əlli min) manat olan obyekt 

4. İnşaatçılar prospekti, ev 12/20 ünvanında yerləşən, ümumi dəyəri 150 min (yez əlli min) manat olan mənzil 

5. Goranboy rayonunda yerləşən lüks təmirli villa və 8 müxtəlif geniş torpaq sahəsi 

6. Abşeron rayonunda yerləşən 7 müxtəlif geniş torpaq sahəsi 

7. Şamaxı rayonunda yerləşən geniş torpaq sahəsi 

8. Ümumi dəyəri 60 min dollar məbləğində olan “Lexus LX570” markalı avtomobil 

9. Ümumi dəyəri 20 min dollar məbləğində olan “Toyota Avalon” avtomobili. 

VİDEO


AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841  
 

Bizimlə əlaqə saxlayın