Taleh Bağırzadələr, Abugül Səmədovlar ölkəmizin irana çevrilməsi üçün dəridən-qabıqdan çıxan insanlardır! - Düzgün Atalı

05, 12, 22
15:00

Taleh Bağırzadələr, Abugül Səmədovlar ölkəmizin irana çevrilməsi üçün dəridən-qabıqdan çıxan insanlardır! - Düzgün Atalı


Millətlərin bötövləşməsi və güclü dövlətə çevrilməsi təbii istəkdir, ideya deyil. 200 ildi parçalanmışıq. Bu illərdə, Güneylə Quzeyin bir olmaq istəyi soydaşlarımız içində həmişə olub, - başqa cürə  ola da bilməzdi. Hələ sovet dövründə bu istək daha da güclü idi. Bu haqda filimlər də çəkilib. Şair və yazıçılarımlz bu mövzuda sanki yarışa girmişdilər. 

Son vaxtlar iranda olan hadisələrlə bağlı Güney mövzusu çox aktuallaşıb. Bütövləşmək şansımız yaranıb. Bu fürsətdən yararlanmasaq tarix bizi baxışlamaz. Və bu səbəbdən də hər kəs əlindən gələni etmək istəyir, bu yaxşı haldır. Ancaq, bəzi qruplar və fərdlər Güney müvzusunu manapolyaya götürmək və onun üzərindən monopulyasya edərək populiz çıxışlar edirlər. 

Cəmiyyətimiz bötöləşməyə köklənib, hər kəs Güneydə gedən hadisələri izləməklə məşğuldur. Kimlərsə deyə bilər ki, xeyir,   bötövləşməyimizi istəməyən insanlarda var!!!  

Bəli, bu istəkdə olmayan separatçılar, yal hesabına düşmənlərimizə alət olan Taleh Bağırzadələr, İslam partiyasından Abugül Səmədovlar və onları müdafiə edənlər var ki, belələri ölkəmizi iranın vasalına çevrilməsi üçün dəridən-qabıqdan çıxan insanlardır, - belə manqurtlar isə dəryada bir damladır.

91-ci ildə Asif Atanın Az.tv-nin çəklişilə Tele-teatrda görüşü keçirilirdi. Görüşün mövzusu: Dünənimiz, Bugünümüz, Sabahımız ətrafında cərəyan edirdi. Mövzu ətrafında çıxışdan sonra  Ataya  xeyli suallar  oldu.

Suallardan biri:


Ata Qarabağ məsələsinin həllini  necə görür? - Qarabağ məsələsinin həlli, istəsəkdə, istəməsək də uzun gedişli bir prosesə çevrilir. Biz, erməniləri döyüşdə bəlkə da uda bilərik, ancaq, bu proses çox uzanacaq: nə həll olan kimi həl olunacaq, nə də həll olunmayn kimi olacaq. Qarabağ məsələsinin bir dəfəlik həlli Güneylə Quzeyin birləşməsindən keçəcək.

Asif Ata

Dənizdən - dənizə xülyasiylə, beyinləri  korlanmış ermənilərin xislətini yaxşı bilirəm, onlara qarşı Bütöv Azərbaycan təpiyi gərəkdir. Kimlərsə deyir ki, hakimiyyətə gəlib bu məsələni həll edəcəyik, - gəlsinlər, bir ildən sonra sözümü deyəcəm.

Düzgün Atalı

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841  

Bizimlə əlaqə saxlayın