4 saylı Qadın Cəzaçəkmə müəssisəsinin rəisinin oğlunun bitib tükənməyən kef həyatı - FOTOLAR

28, 11, 22
13:00

4 saylı Qadın Cəzaçəkmə müəssisəsinin rəisinin oğlunun bitib tükənməyən kef həyatı - FOTOLAR


Ədliyyə Nazirliyinin 4 saylı Qadın Cəzaçəkmə müəssisəsinin rəisi Elgiz İsmayılovun oğlu Elmar İsmayılovun Türkiyədə sevgilisi ilə birlikdə eyş-işrət həyatı yaşaması haqqında bəzi xəbər saytlarında və sosial şəbəkələrdə kifayət qədər məlumatlar və fotolar yayılmışdır.

"Azərbaycan Reallığı" xəbər verir ki, Ölkənin həssas bir dönəmində Şəhid ailələrinin, Qarabağ qazilərinin və digər sadalaya bilmədiyimiz ölkə vətəndaşlarının sosial durumu ağır olduğu bir vaxtda məmur oğlunun sevgilisi ilə birlikdə bahalı həyat tərzi sürməsi kimə və nəyə mesaj verir?
Ölkə başçısı çıxışında məmurlara dəfələrlə övladlarına nəzarət etməsi, onların ərköyünlüyünün, qudurğanlığının qarşısının alınması üçün dəfələrlə xəbərdarlıqlar edərək iradlar tutub. Görünür ölkə başçısının bu çıxışlarını özünü görməməzliyə və eşitməməzliyə qoyan məmurlar və atalarına güvənən məmur övladlarda var.

Ümidvarıq ki, sözügedən foto görüntülərdən sonra aidiyyəti qurumlar adı çəkilən məmur və övladı haqqında ölçü götürüb ictmayyətə açıqlayacaq ki, digərlərinə də dərs olsun!
 
"Azərbaycan Reallığı" qarşı tərəfin mövqeyin tanıyır...

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın