Cavid Qurbanovun ev hədiyyə etdiyi xanım rəisi Rövşən Rüstəmov vəifəsindən azad etdi - FOTO

21, 11, 22
12:00

Cavid Qurbanovun ev hədiyyə etdiyi xanım rəisi Rövşən Rüstəmov vəifəsindən azad etdi - FOTO


“Azərbaycan Dəmir Yolları” QSC-də islahatlar davam edir. "Azərbaycan Reallığı"nın sözü gedən qurumun etibarlı mənbəsindən aldığı məlumata görə ötən həftə yeni sədr Rövşən Rüstəmovun muvafiq sərəncamı ilə qurumun daha bir xanım şöbə rəisi tutduğu vəzifəsindən azad edilib.

Vəzifəsini itirən xanım, əvvəllər İnsan Resursları idarəsinin rəisi vəzifəsini tutan, hazırda isə sözü gedən qurumda katiblik şöbəsinin rəisi vəzifəsində çalışmış Gülnar Qasımovadır.

Bildirlir ki, Gülnar Qasımova Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş sədri Cavid Qurbanovun yaxın adamı olub. Qurbanov ona xüsusi diqqət qayğısını da əsirgəməyib. Belə ki, apardığımız araşdırmalara görə hal-hazırda da mütəmadi olaraq sabiq rəisini hər həftə yeni iş otağında yad edir və Dəmir Yollarında baş verən ən son yeniliklərdən xəbərdar edir. Yəqin elə bu yetənəyinə görədir ki, Cənab Qurbanov hətta xanıma ev də hədiyyə edib.

Gülnar Qasımova 

Maraqlısı odur ki, Qurbanovun hədiyyə etdiyi evlər uzun illər sözü gedən qurumda çalışan, əliqabarlı, aşağı büdcəli və evə ehtiyacı olan Dəmiryolçular üçün dövlət tərəfindən ayrılmış mənzillərdir. Qeyd edək ki, mənzillər Nəsimi rayonu Şamaxinka adlanan ərazidə yerləşən Main MTK-ya məxsus binada yerlərşir. 

İllərdir haqları tapdanan dəmiryolçular bir neçə gün öncə yeni sədrin ədalətinə güvənərək ev məsələsinin araşdırılması ilə bağlı müraciət ediblər. Yeni sədr mənzil üçün etiraz edən şəxslərə bildirib ki, bu qalmaqallı məsələni tezliklə araşdıracaq və haqqı tapdalanmış dəmiryolçuların haqqları bərqərar olacaq.

Məlumatlı mənbənin səsləndirdiyi ittihamlarla bağlı "Azərbaycan Reallığı" Gülnar Qasımova ilə əlaqə yaratmağa çalışıb telfona ailə üzvlərindən biri cavab verərək bildirdi ki, Gülnar xanım özü sizinlə əlaqə saxlayacaq. Təəssüf ki, aradan xeyli vaxt keçsə də hələ də nəticə olaraq cavab ala bilməmişik. Bunlara baxmayaraq səsləndirilən ittihamlarla bağlı "Azərbaycan Reallığı" qarşı tərəfində mövqeyin tanımağa hazırdır. 

 AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın