Azərbaycan İsraildə səfirlik açır - Tarixi addım

18, 11, 22
16:00

Azərbaycan İsraildə səfirlik açır - Tarixi addım


Azərbaycanın İsraildə səfirliyi təsis ediləcək.

“Azərbaycan Reallığı” xəbər verir ki, bununla bağlı deputat Kamal Cəfərov sosial şəbəkə hesabında məlumat yayıb. O qeyd edib ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən “Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Bundan əlavə, “Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi, həmçinin Azərbaycanın Albaniya və Keniyada diplomatik nümayəndəliklərinin açılmasına dair qanun layihəsi müzakirə ediləcək.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın