Özünü ağıllı aparmayan Ermənistanın əcəli Azərbaycanın əlindədir - MÖVQE

09, 11, 22
13:00

Özünü ağıllı aparmayan Ermənistanın əcəli Azərbaycanın əlindədir - MÖVQE


“Diaspor ermənilərinin 74 faizi Ermənistana sərmayə qoymağa hazırdır”. Bu barədə məlumatı erməni mediasından oxuyarkən ilk baxışda diqqəti heç nə cəlb etmir. Əslində erməni lobbisinin Ermənistana dəstək verdiyini bütün dünya yaxşı bilir. Amma bir az dərinə gedib düşünərkən bu fikirin özündə Ermənistanın hazırkı acınacaqlı vəziyyətini göstərən motivlərin olduğu aydın hiss edilir. Amma bu məqamın özündə belə təəccüb doğuran heç nə yoxdur. 

Axı söhbət tarix boyu öz büdcəsini formalaşdıra bilməyən, Rusiyanın “maşa”sına çevrilən, “Soros”ların “kaşilok”u hesabına ayaqda duran və nəhayət dünyadakı milyarder ermənilərin “çiyinləri” üzərində dayanan bir dövlətdən gedir. Əgər buna dövlət demək mümkünsə… Xarici qrantlar hesabına yaşayan Qeyri Hökumət Təşkilatlarını xatırladan bir qurum çətin dövlətə çevrilə.  

İndi Ermənistanın vəziyyəti daha da ağırdır. 44 günlük müharibənin yaratdığı fəsadlar, Azərbaycanın “dəmir yumruğu”, müttəfiqi Rusiyanın xəyanəti və nəhayət hər şeyini itirən ermənilərin etirazları İrəvanda əməlli-başlı təlatüm yaradıb. Paşinyan isə bu acınacaqlı vəziyyətdən çıxış yolunu yenidən erməni diasporunun qrantlarında görür. Yəqin ona görədir ki, İrəvanda ABŞ, Böyük Britaniya və digər dövlətlərdən 150-dən çox nümayəndənin iştirak etdiyi “Ermənistanda alternativ investisiyalar” adlı iki günlük beynəlxalq konfrans öz işinə başlayıb. Əslində adlarını sadaladığım bu nəhəng dövlətlərin Ermənistanda heç bir işi yoxdur. Orada iştirak edənlərin ABŞ, Böyük Britaniya və digər ölkələrdə biznes fəaliyyəti göstərən ermənilər olduğu zərrə qədər şübhə doğurmamalıdır.

Sadəcə ənənəvi erməni riyakarlığı və hiyləsi yenə iş başındadır və diasporun ianəsi dünyanın nəhəng dövlətlərinin iştirak etdiyi beynəlxalq konfransa adı ilə cəmiyyətə sırınır. Bu da başadüşüləndir. Axı “büdcədə pul yoxdur və ümid erməni diasporunadır” fikirlərini ermənilərə başqa cür necə izah etmək olar?

Erməni mediasının məlumatına görə, konfransın əsas məqsədi Ermənistanda alternativ investisiya mənbələrinin artmasına imkan yaratmaqdır. Bu, dolayısı ilə “Ermənistan batır, bizə dilənçi payı lazımdır” fikirləri ilə eynilik təşkil edir. Bütün bunların fonunda isə rəsmi İrəvanın Azərbaycana “buynuz” atmaq cəhdləri kənardan çox gülünc görünür. Pul xərcləmək istəməyən aşnasından küsən qızı xatırladan Ermənistanın özünə başqa sevgililər axtarması nə qədər çirkin görünsə də, Paşinyan üçün bu, bir o qədər vacibdir.

Elə buna görədir ki, ABŞ və Fransanın, eləcə də diasporun maliyyəsinə arxalanan Ermənistan ipə-sapa yatmaq istəmir. Ancaq ata sözündə deyildiyi kimi “qozbeli qəbir düzəldər”. Nəinki diaspor ianəsi, heç “Soros”un milyardları da ölmüş Ermənistanı bir daha dirildə bilməz. Necə deyərlər, “keçinin əcəli çatanda buynuzunu çobanın çomağına sürtür”. Görünür, özünü ağıllı aparmayan Ermənistanın əcəli də Azərbaycanın əlindədir.

 AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın